Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli qudurğanlıq aktlarının xroniki təzahürü


Qədirbilən xalqımızda qudurğanlıq məsələsi ilə bağlı yanlış təsəvvürlər var. Hamı elə bilir ki, heyvanın qudurmuşu cumub başqa canlıları daladığı kimi, insan da quduranda bahalı və sürətli avtomobili (əslində sürətli avtomobillər bahalı, bahalı avtomobillər isə sürətli olur) ilə prospektə çıxıb qırıcı təyyarə kimi şığıyır, şütüyür


Elə deyil. Milli qudurğanlığın, şair demişkən, türfə əlamələri var.

Başlayaq bu günə qədər qeydə alınmış qudurğanlıq aktlarını xatırlamağa.

Məsələn, biri vardı, ilk publik qudurğanlığını edəndə heç maşın sürməmişdi, təyyarə ilə Türkiyəyə uçmuşdu, orda əndamca gözəl, ağılca quş kimi yüngül olan bir müğənni xanıma 20 min dollarlıq çanta hədiyyə etmişdi. Quduzluq yoluxucu bir mərəz olduğundan həmin xanım da qudurmuşdu və orda-burda demişdi ki, bu çantanı ona azərbaycanlı oliqarx oğlu bağışlayıb, hələ onun tək hədiyyəsi bu deyil, Boğazda villa da alıb.

Anadolu türkləri “qudurmaq” felinin altında cinsəl səciyyəli qızmağı nəzərdə tutduqlarından o müğənni civinin durumu həm öz şivələrindəki mənaya düz gəlirdi, həm də bizimkinə. Sonradan o, deyəsən, daha varlı qudurmuş tapdı və bizimkindən əl çəkdi.

Əlbəttə, sevgili canana bahalı hədiyyələr, ev, avtomobil bağışlamaq kənardan o qədər də qudurmuşluq kimi görünməyə bilər. Amma bir vəzifəli kişinin gənc oğlu bahalı geyim-kecim satan butikdən aldığı 3 min dollarlıq şubayla “Hammer” markalı avtomobilinin kapotunun üstünü silib şəlpəymiş kimi küçəyə, ayaq altına atanda buna qudurmuşluqdan başqa ad vermək olmaz. Bu hərəkəti edən gəncin atası hələ də vəzifədədir, amma özü, deyilənə görə, sağalıb artıq, qudurğanlıq etmir, oruc tutur, namaz qılır, bəlkə də artıq ziyarətə gedib Hacı da olub. Axır ki, son vaxtlar səsi-sorağı gəlmir.

Söz yox, yol getdiyi yerdə önündəki maşına siqnal verib yol istəyən, onun “qırmızı işqdır, görmürsənmi” izahatına məhəl qoymayan və düşüb nazir oğlunun çənəsini bir yumruqla qıran müstəntiqin hərəkəti də qudurğanlıq əlamətiydi. Amma onu elə həmin gün o mərəzdən sağaltdılar, baxmadılar ki, atası da böyük vəzifə sahibidir, parallel olaraq deputatdır, tutub basdılar ağzıbirə, başa saldılar ki, nazir oğlunun çənəsini sındırmaq yaxşı şey deyil, orqanizmə ziyandır.

Təbii ki, çənə sındırmaq, qol-qıç qırmaq olaylarının heç də hamısı qudurğanlıq aktı kimi tövsif oluna bilməz. Amma icimai yerlərdə, xüsusilə də kafe-resoranlarda silah oynamaq, insanlara atəş açmaq, yaralamaq qudurğanlığın pik nöqtəsidir. Yüksək vəzifəli dayısına, əmisinə güvənərək belə edənlərin bir neçəsi həbsdədir, bir neçəsi də haradadırsa, səsləri gəlmir.Ancaq əvvəllər tez-tez “filankəs burdan getdi, ordan getdi” söhbələri yayılırdı. Hətta o şəxsi müdafiə edənlər də deyirdilər ki, yaxşı oğlandır, kasıb-kusubla işi yoxdur.

Belə hadisələrə baxanda azərbaycanlı oliqarx balalarının Londonun bahalı restoranında 200 min funt-serlinqlik sampan qonaqlığı verməsi üzrlü qudurğanlıq olayı hesab olunmalıdır. Çünki onlar bu hərəkəti millət, vətən adına etmişdilər, “Eurovision” qələbəmizdən riqqətə gələrək sevinclərini bu cür büruzə vermşdilər.

Dənizdə hər iki cinsdən olan növcavanlarla birlikdə yeyib-içib əylənərkən üç milyonluq yaxtanın altını köhnə neft buruğunun dəmirlərinə ilişdirib becərmək, sonra birtəhər sahilə çıxıb yanan yaxtaya tamaşa etmək isə qətiyyən qudurğanlıq hadisəsi deyildi, bu, adi qəzaydı. Kim o bahalıqda yaxtanı qəsdən yandırar ki. İntəhası, bahalı yaxta alınmasının özünü qudurmuşluq aktı saymaq olar.

Bəlkə də uzun illərin oxucuları bu yazını səbrlə oxuya-oxuya gözləyirlər ki, indi müəllif Qəbələdə yeyildiyi deyilən ayının üstünə gələcək. Xeyr. O söhbət təsdiqlənmədi, üstəlik məhkəmə bizi, türkün sözü, neprav çıxardı. O üzdən o qalmaqallı məsələnin üstündən keçirəm.

Bu ölkədə başqa xırda çaplı qudurğanlıq olayları da olub: küçədə qudurğanlıq müstəvisində şapalaqlananlardan tutmuş ta ucuz-ucuz şoulara ətək-ətək pul xərcləmələrə qədər. Hamısını yazıb bura yerləşdirmək mümkün deyil.

Mənə qalsa, atasının yas mağarına sensorlu qapı qoyduran, ehsan süfrəsinə delikates təamlar düzdürən məmurun müvafiq hərəkətini də qudurğanlıq nümunəsi kimi qeyd edərəm, amma bəziləri deyir, adətdəndir.(musavat.com)

 Samir SARI

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar