Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli parkda Avropa cüyürlərinin sayı azalıb

Hirkan Milli Parkında avropa cüyürlərinin sayı Talış dağlarının bütün meşələrində olduğu kimi tamamilə azalıb və həmin ərazi üçün nadir növə çevrilib


PİA.AZ xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib.
 
E.Yusifov əlavə edib ki, Milli Parkın ərazisində avropa cüyürlərinin sayı orta hesabla 355,3±18,9 baş olduğu müəyyən edilib.
 
Onun sözlərinə görə, Turyançay Dövlət Təbiət Qoruğu və onunla həmsərhəd ərazilərdə təbiətdə əlavə yemləmənin leşcil ağqartal (Neophron percnopterus), saqqallı quzugötürən (Gypaetus barbatus), keçəl qara kərkəs (Aegypius monachus) və ağbaş kərkəsin (Gyps vulvus) bioekoloji xüsusiyyətlərinə təsiri öyrənilib.
 
Müəyyən edilib ki, leşyeyən quşların yem bazasının formalaşmasına antropogen mənşəli faktorlar birbaşa və dolayısı yolla təsir göstərir:
"Bu ərazilərdə leşcil ağqartalın, saqqallı quzugötürənin, ağbaş və keçəl qara kərkəslərin yem bazası 2 mənbə hesabına formalaşır. Yem bazasını formalaşdıran birinci mənbəni vəhşi heyvanların, ikinci mənbəni isə ev heyvanının leşləri təşkil edir. Turyançay Dövlət Təbiət Qoruğu və onunla həmsərhəd ərazilərdə 11 növ vəhşi məməli heyvanın sayının (37,7%) və tələf olan ev heyvanlarının leşlərinin azalması (35,5%) ilə əlaqədar olaraq populyasiyalarda fərdlərin və nəslvermədə iştirak edən cütlərin sayının tədricən dəyişməsinə səbəb olub”.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar