Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli komandamız Karate 1 Premyer Liqa turnirində iştirak edəcək


Karate üzrə böyüklərdən ibarət milli komandamız 2018-ci il yarış mövsümünə start verir


PİA.AZ Trend-ə istinadən bildirir ki, kişi və qadın karateçilər 26-28 yanvar tarixlərində Fransanın paytaxtı Parisdə Karate 1 Premyer Liqa turnirində iştirak edəcək.

Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, 1-ci vitse-prezident Fərid Əsgərov və Baş katib MirHəsən Seyidov Fransaya yola düşən rəsmi heyətin tərkibindədir.

Dünya Karate Federasiyasının (WKF) bu nüfuzlu liqa yarışında 15 karateçimiz mübarizə aparacaq. Federasiyanın baş hakimi və beynəlxalq hakim Cahangir Babayev, milli komandanın məşqçiləri Vahid Ayvazov, Qurban Tağıyev, Şahin Xudaverdiyev və Anar Allahverdiyev bəzi çəkilərdə iki idmançını sınaqdan keçirməyə üstünlük verib.

Firdovsi Fərzəliyev, Tural Ələkbərli (hər ikisi -60 kq), Niyazi Əliyev, Tural Ağalarzadə (hər ikisi -67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev, Turqut Həsənov (hər ikisi -84kq), Şahin Atamov, Asiman Qurbanlı, Əli Cəfərov (hər üçü +84kq), Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq) və Fəridə Əliyeva medal qazanmaqla bərabər, dünya reytinq xallarını artırmağa çalışacaqlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar