Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli bankın qarşısında pul aksiyası - Video

“Royalbank” keçmiş kommersiya bankının onlarla əmanətçisi aprelin 22-də Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında əmanətlərinin qaytarılması tələbi ilə aksiya keçiriblər


“Royalbank” iki il əvvəl AMB tərəfindən ləğv edilib. Həmin vaxt Əmanətlərin Sığortası Fondunun zəmanəti altna düşən əmanətlər qaytarılıb.

Digər əmanətlərin qaytarılması AMB-nin xüsusi olaraq yaradılmış ləğv komissiyasına - Azerbaijan International Consulting Company –yə tapşırılıb

Lakin əmanətçilərin sözlərinə görə, bu komissiya əmanətlərin qaytarılmasını gecikdirərək, vətəndaşlara ildə ümumi məbləğin 2-5%-ni ödəyir.

Əmanətçilər ləğv qurumunun işindən narazıdırlar və hesab edirlər ki, Royalbank lisenziyası ləğv edilənə qədər kifayət qədər uğurlu idi və onun aktivləri bütün əmanətləri tamamilə qaytarmağa imkan verir.

“Qoy Mərkəzi Bank bankı bağladığı kimi bizim pullarımızı da qaytarsın”, deyə bank əmanətçilərindən biri, məşhur müğənni, Cənubi Azərbaycan əsilli Yaqub Zurufçu bildirib.

Əmanətləri qaytarılmayanların sayı 471 nəfər, onlara ödəniləcək məbləğ isə 40 mln. manata bərabərdir.

Əmanətçilər arasında onkoloji xəstələr var, onlar əmlaklarını sataraq, faizlə kimya terapiyası xərclərini ödəmək üçün pulu banka qoyublar.

Əmanətçilər hesab edirlər ki, vicdansız məmurların maxinasiyalarının qurbanı olublar.

Aksiya iştirakçıları AMB rəhbəri Elman Rüstəmovla görüş tələb ediblər. Lakin onların qarşısına çıxan AMB nümayəndəsi bildirib ki, Rüstəmov səfərdədir və yalnız cümə günü onları qəbul edə bilər.

Bu, məhkəmə qərarları olmasına baxmayaraq, iki ildən çoxdur pullarını ala bilməyən etirazçıların narazılığına səbəb olub.

İnsanlar dağılmaqdan imtina ediblər. AMB qarşısına polis dəstəsi gəlib, lakin müdaxilə etməyib.

Sonradan AMB-dən aksiya iştirakçılarına zəng edərək, Rüstəmovun cümə axşamı onların nümayəndələrini qəbul edəcəyini söyləyiblər.

Bununla belə, 23 aprel saat 11.00-da etirazçılar Prezident Administrasiyasına gedib şikayət etmək niyyətindədirlər.

* “Royalbank” 1993-cü ildən bank bazarında fəaliyyət göstərirdi. Əsas səhmdarı (kapitalda 44,5% iştirak) İran əsilli ABŞ vətəndaşı Əli Cam idi. 2012-ci ilin iyulunda Azərbaycan Mərkəzi Bankı Royalbank-ın “ümumi kapitalın minimum səviyyəsi və adekvatlığı ilə bağlı tələblərə riayət etməməsi, kreditorlar qarşısında öhdəliklərin yerinə yetirilməməsi”, habelə Mərkəzi Bankın yazılı göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqədar onun lisenziyasını ləğv edib.

Royalbank-ın lisenziyası ləğv edilməzdən əvvəl bir sıra qalmaqallar baş verib. Xüsusən, Wikileaks şəbəkə layihəsinin ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersin ifşa etdiyi məxfi yazışmalarında səfir bəzi Azərbaycan banklarının, o cümlədən Royalbank-n İrandan gələn çirkli pulların yuyulmasında iştirakı ilə bağlı şübhələrini paylaşmışdı.(virtualaz.org)



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar