Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Şura Mirqədirovun azadlığa buraxılmasını istəyir


Demokratik Qüvvələrin Milli Şurası məhbus jurnalist Rauf Mirqədirovun işi ilə bağlı bəyanat qəbul edib


 Bəyanatda deyilir ki, Baş Prokurorluğun və Milli Təhlükəsizlik Nazirliyinin Rauf Mirqədirov haqqında yaydığı açıqlama təəssüf doğurur: “Azərbaycan hakimiyyəti qondarma ittihamlarla şərləyib həbsə atdığı Rauf Mirqədirovun əməlində cinayət tərkibi tapa bilmədiyindən onun haqqında vaxtaşırı olaraq ictimai inamsızlıq yaratmağa yönələn əsassız məlumatlar yayır. Bu məlumatlar həbsdə olan jurnalistin təqsirsizlik prezumpsiyası ilə yanaşı onun digər hüquqlarını pozur, istintaqın gedişinə Azərbaycan sayağı istiqamət verir və gələcəkdə məhkəmənin çıxaracağı sifarişli qərara indidən “hüquqi baza” yaradır. Qeyd edilir ki, guya jurnalist Rauf Mirqədirov ölkədəki ictimai-siyasi vəziyyət, sənaye, enerji, hərbi-texniki sahələrlə bağlı informasiyalar, hərbi hissələrin, aerodromların və digər mühüm dövlət əhəmiyyətli obyektlərin yerləşmə sxemi və fotoşəkillərindən ibarət dövlət və hərbi sirr təşkil edən materialları düşmən tərəfə ötürüb. Bu orqanlar unudurlar ki, onların sadaladıqları “dövlət sirlərinin” hamısı açıq informasiyalardır və müxtəlif internet saytlarında var. Ona görə qeyd etməliyik ki, XXI əsrdə Azərbaycan təhlükəsizlik və prokurorluq orqanlarının açıqladığı “Samvel” əməliyyatı vaxtilə şanlı “NKVD” komissarı Lavrenti Beriyanın “xalq düşmənlərinə” qarşı hazırladığı əməliyyatlara çox bənzəyir. Kadr seçimində ciddi nöqsanlara yol verilmiş və peşəkarlıq keyfiyyətlərinin itirildiyi təhlükəsizlik və prokurorluq orqanlarının belə gülünc vəziyyətə düşməsindən təəssüf hissi keçiririk.

Demokratik Qüvvələrin Milli Şurası bəyan edir ki, məlum açıqlama Azərbaycan hüquq-mühafizə və təhlükəsizlik orqanlarının Ermənistan tərəfi ilə sıx əməkdaşlıq vəziyyətində olduğunu göstərir. Məhz bu əməkdaşlığın nəticəsi olaraq torpaqlarımızın 20 faizini işğal etmiş düşmən bir ölkənin kəşfiyyat orqanlarına istinad edən Azərbaycan hakimiyyəti öz vətəndaşlarına, ictimai xadimlərə divan tutur. Onları müxtəlif absurd “vətənə xəyanət” ittihamı ilə şərləyir və həbsə atır, cəmiyyətdən təcrid edib onlar haqqında qorxunc xəyanətkar obrazı yaratmağa çalışır.

Milli Şura Ermənistan təhlükəsizlik orqanlarını etibarlı mənbə hesab edərək öz vətəndaşını vətənə xəyanətdə ittiham edən Azərbaycan hakimiyyətinin bu addımını qətiyyətlə pisləyir, Rauf Mirqədirov başda olmaqla bütün siyasi məhbusların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edir”.

Milli Şura 2013-cü il iyunun 7-də yaradılıb. Qurumun öncül şəxsləri Cəmil Həsənli, Rüstəm İbrahimbəyov, Əli Kərimli, Mirmahmud Mirəlioğlu, Gültəkin Hacıbəyli, İbrahim İbrahimli, Leyla Yunus, Mehman Əliyev və başqalarıdır.
(Media forum)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar