Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclislə Şeyxin idarəsi arasında “cinsi hüceyrə...” söhbəti


Deputat: “O maddə qəbul olunmazsa, rəsmi Bakı qınağa tuş gələcək”


“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində cinsi hüceyrənin donorluğu üzrə maddə ilə bağlı ciddi fikir ayrılığı var. Qafqaz Müsəlmanları İdarəsi də buna etiraz edərək Komitəyə müraciət edib”.

PİA.AZ bildirir ki, bunu modern.az-a Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib. Onun sözlərinə görə, qanun layihəsində yeganə problemli məsələ ilə bağlı deputatlar da fərqli fikirdədir. “Bəzi həmkarlarımız deyir ki, bu bənd qanundan çıxarılsın, bəziləri isə onun qalması tərəfdarıdır. Yəni ortaq məxrəc yoxdur. Burada ilk növbədə hökumətin rəyi bilinməlidir. Qafqaz Müsəlmanları İdarəsinin də Komitəyə göndərdiyi məktubda donorluğun İslam nöqteyi-nəzərindən yasaq olduğu göstərilir. Lakin əhalisi müsəlman olan digər postsovet ölkələrində, məsələn Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan qanunvericiliyində donorluq haqda hüquqi müddəa qüvvədədir”.

Deputatın sözlərinə görə, Azərbaycanda 1996-cı ildə qəbul olunmuş “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda cinsi hüceyrənin donorluğu haqda maddə var. Musa Quliyev hesab edir ki, əgər yeni qanunda cinsi hüceyrənin donorluğu haqda müddəa ləğv olunsa, bütün əlaqədar qanunverici aktlar da dəyişməlidir. “Bundan başqa, qanunda donorluqla bağlı hissə çıxarılarsa, bu, geriyə atılmış addım kimi qiymətləndiriləcək. Azərbaycanın daxil olduğu beynəlxalq təşkilatlar da ölkəni qınaq obyektinə çevirəcəkl


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar