Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclisin deputatı qul əməyi ilə özünə saray tikdirdi - Video


Sumqayıtdan Milli Məclisə deputat seçilmiş Mirzəcan Xəlilov özünə bir neçə milyon manatlıq saray tikdirib, fəhlələrinsə pulunu verməkdən boyun qaçırır


Bunu sosial şəbəkələrdə məşhur bloger Mehman Hüseynov bildirib.

Bloger fəhlələrin işinə rəhbərlik etmiş iş icraçısını taparaq bu ağlasığmaz faktın təfərrüatlarını öyrənib.

Məlum olub ki, şəxsi sarayının (villasının) tikintisində Mirzəcan Xəlilov iyirmi nəfərə yaxın fəhlə çalışdırıb. Lakin iş bitdikdən sonra millət vəkili onların halal qazancını vermək istəməyib.

Fəhlələr öz pullarını tələb etdikdə isə, deputat məhkəməyə şikayət edib və işi udub. Məhkəmənin qərarına görə, fəhlələr özləri deputata borcludurlar və ona hələ bir neçə min manat pul ödəməlidirlər.

“Mənim ona qarşı heç bir şəxsi qərəzim yoxdur. Bilmirəm, nəyə görə deputat fəhlələrin pulunu vermək istəmədi və 20 ailəni ac qoydu. Mirzəcan Xəlilovdan soruşanda ki, pul nə vaxt olacaq, cavab verdi ki, pulları unudaq. Elə bil qumarda uduzmusunuz”, - iş icraçısı deyib.

Fəhlələr isə məhkəmənin qərarından apellyasiya şikayəti vermək və halal qazanclarını almaq niyyətindədirlər.(virtualaz.org)



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar