Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2017-ci il üzrə hesabatı dinlənilib
APA-nın xəbərinə görə, hesabat barədə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı məlumat verib.
Komitə sədri, MM-in sədr müavini Bahar Muradova hesabatı qənaətbəxş hesab edib. Daha sonra deputatlar Fazil Mustafa, Hikmət Məmmədov, Tahir Kərimli çıxış edərək müxtəlif təkliflərini səsləndiriblər.
Sonda hesabat Milli Məclisin plenar iclasına tövsiyə olunub.
pia.az