Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclis yeni Ombudsman seçəcək

Elmira Süleymanovanın səlahiyyəti martda bitib


Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın səlahiyyət müddətinə Milli Məclisin payız sessiyasında baxılacaq. Təbii ki, öncə buna komitədə  məsləhətləşmələr formasında aparılacaq”.

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Tahir Kərimli deyib. Deputat, ombudsmanın səlahiyyət müddətindən danışarkən, digər məsələlərin də gündəmə gəlməsinin zəruriliyini qeyd edib.

“Bir müddət əvvəl aktual olan məsələlər vardı. Onların sırasında bəzi hakimlərin səlahiyyət müddətinin başa çatması ilə bağlı idi. Çünki bir çox hakimlərin eyni proseduru keçməsi tələb olunur. Ona görə də Milli Məclisin payız sessiyasında bu məsələlərə baxılacaq, komitələrdə  aidiyyatı orqanlarla birgə müzakirə olunacaq. Hələ ki bu məsələlər işçi qaydasında həll olunacaq. Çünki birdən-birə bu məsələləri plenar iclasa çıxara bilmərik. Artıq deputatların məzuniyyəti başa çatıb. Komitələr öz işinə başlayacaq. Komitələrin hər biri layihələrlə çıxış etməlidir. Yarımçıq qalan məsələlərin həll edilməsində və hökumətə təqdim edilməsində deputat olaraq maraqlıyam”.

Qeyd edək ki, Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın səlahiyyət müddəti  2017-ci ilin mart ayının 5-də başa çatıb. Lakin yeni Ombudsman seçilmədiyindən Elmira Süleymanova fəaliyyətini davam etdirir.

Xatırladaq ki, Elmira Süleymanova iki dəfə – 2002 və 2010-cu illərdə Ombudsman seçilib. Qanunvericiliyə görə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisə yeni Ombudsmanın seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində yeni müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar