Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Millətçilik yoxsa kosmopolitlik?


Əslində hər kəs seçim qarşısındadır — ya kosmopolit olub, hər şeyə göz yummaq, ya da millətçi kimi düşünüb yaşamaq…. Millətçi kimi yaşamaq nə deməkdir? Müharibə şəraitində yaşayan Azərbaycan üçün biz kim olmalıyıq?


Gəlin bu suala birgə cavab tapaq.

Öncə görək nədir axı bu kosmopolitlik?     

Kosmopolitlər,  insanlığı,  humanistliyi  vətən, millət, dindən üstün tuturlar. Gəlin elə ondan başlayaq ki, biz Azərbaycanlılar (türklər) öz-özlüyümüzdə kosmopolit bir millətik. Digər millətlərə qarşı çox tolerant və səbrliyik. Buna görə də tarix boyu əziyyət çəkmişik. Müasir qloballaşan dünyada ümumilikdə kosmopolitizm yaxşı xüsusiyyətdir, amma baxır nə ilə müqayisədə. Əgər bizə münasibətdə digərləri  şovinistlik göstərir və konkret olaraq düşmən mövqeyi nümayiş etdirirsə, onda biz kosmopolitliklə yalnız uduzmuş oluruq. 

 Biz bundan yalnız ziyan çəkirik — ya kosmopolitliyin  banisi sayılan Dioqen kimi pofiqist olmalıyıq, ya vətənə tüpürüb buradan getməliyik, ya da ki mübarizə aparmalıyıq.

Amma bizə təbii ki, sağlam düşüncəli, savadlı, əsl milliyyətçi gənclər lazımdır. Və biz belə bir nəsil yetişdiririkmi?  Ya da biz kosmopolitliyi niyə daha üstün tuturuq?

Kosmopolitlik bəzən Azərbaycan kimi yeni formalaşan cəmiyyətlərə müasirlik, yenilik, modernləşmə adı altında kənardan gətirilən, yaxud sırınan kosmopolit dəyərlər daha cazibədar olduqları üçün daha çox tərəfdar qazanırlar. Amma bir millətin qan yaddaşının, milli özünəməxsusluğunun qorunmasına xidmət edən mühafizəkar milliyyətçilik adətən geniş auditoriya qazana bilmir. Bu təbii bir prosesdir. Milli dünyagörüşünün daşıyıcısı olan insanlar dünyanın heç bir ölkəsində yüksək populyarlıq qazana bilmirlər. Amma onlar cəmiyyəti mənəvi cəhətdən qidalandırmaqla bir millətin var olması, assimilyasiyaya uğramaması, başqa millətlərin içərisində əriməməsi üçün çox mühüm bir missiyanı həyata keçirirlər.

Kosmopalitzmə qayıtsaq deyə bilərik ki,  istənilən variantda istər dövlət quruculuğunda istər milli mədəniyyət yaradıcılığında, istərsə də milli şüurun inkişafında çox təhlükəlidir. Bu xüsusən mədəniyyətdə özünü göstərir. Televiziyadan tutmuş toylara gədər müxtəlif sahələrdə,  mədəniyyətin kosmopol təbliği  milli aşınmaya gətirib çıxarır.
 Milliyyətçi  kosmopolitdən fərqli olaraq öz millətini, milli dəyərlərini hər şeydən üstün tutur. Amma buda var ki,  Azərbaycanda hər cür millətçiyə də rast gəlmək olar. Bu artıq başga bir yazının mövzusudur…. Bununla mübarizə aparılmaması isə milli dövlət quruculuğu yolunda buraxılan ciddi səhvlərdən biridir…

Ülviyyə BƏYLƏRQIZI


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar