Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Millət vəkilləri bu yayda harada dincələcəklər?


Yay ayları həm də istirahət mövsümidir


Cəmiyyətin ən yüksək rütbəli məmurundan, ən sadə insanına qədər elə insan çətin tapılar ki, yayın ən azı bir həftəsini iş mühitindən ayrılıb, bütövlükdə istiahətə həsr etməsin. Kimisi qohumlarının yaşadığı rayona, kimisi hansısa istirahət mərkəzinə, kimisi də xarici ölkələrdən birinə səfər edib, yay tətilini dəyərləndirir. 

Bəs, görəsən bu yay Milli Məclisin üzvləri harada dincəlməyi planlaşdırırlar? Millət vəkilləri yay istirahətini harada keçirəcəklər? 

Musavat.com  bu suala aydınlıq gətirmək üçün bir neçə millət vəkili ilə əlaqə saxlayım. Söhbət əsnasında onların Azərbaycan turizminə, xidmətlərin qiymətinə və keyfiyyətinə münasibətini də öyrənməyə çalışdıq. 

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Əli Məsimli bildirdi ki, sadəcə, Bakıda dəniz kənarında istirahət etməyə üstünlük verir: “İstirahətimi Bakıda və anadan olduğum Şəki şəhərində keçirməyə çalışıram. Hansısa xüsusi turizm obyektində istirahət etməyi nəzərdə tutmamışam. Mən ümumiyyətlə, xaricdə istirahət etməmişəm və bu dəfə də Azərbaycandan kənara istirahət üçün getməyəcəyəm. Mən ümumilikdə istirahət sözünü başa düşmürəm. Yay tətili dövründə də mən işlərimi davam etdirirəm”.
 
Ölkədaxili turizm obyektlərinin xidmətlərini qiymətləndirən millət vəkilinin sözlərinə görə, Azərbaycanda son zamanlar başa düşürlər ki, bu cür qiymətlərlə turizmi inkişaf etdirmək olmaz: “Ona görə də, son zamanlar qiymətlərə güzəştlər tətbiq etməyə başlayıblar. Ancaq hələ də qiymətlər qoşu Gürcüstanla müqayisədə çox yüksəkdir. Ona görə də, qiymətin yüksək olduğu yerlərə turistlər gəlmir. Ən böyük reklam odur ki, turistlər bir-birinə deyirlər ki, Azərbaycanda yaxşı ucuz qiymətə hərtərəfli istirahət etmək mümkündür. Bu reklam ən güclü reklamdır. Ancaq qiymətlərin baha olması həmin reklamı öldürür və imkan vermir ki, Azərbaycana gələn turistlər öz ətrafındakı insanlara, dostlarına, qohumlarına ölkəmizin turizmini məsləhət görsünlər və onların da Azərbaycana gəlməsini stimullaşdırsınlar”. 

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc da yay istirahətinə önəm verdiyini bildirdi: “Yaxşı istirahət etmədən yaxşı çalışmaq da mümkün deyil. Allah insanın enerjisini limitli yaradıb, enerji tükənir və onu bərpa etmək lazımdır. Mən əvvəl başqa düşüncə ilə yaşayaraq, yay dövrünü də çalışmağa həsr etmişəm. Ancaq sonrakı dövrlərdə hiss etdim ki, yayın istirahət üçün yaratdığı imkanlardan itifadə etmək lazımdır. İstirahət üçün xarici ölkələrə getməyi planlaşdırmıram, hətta ən yaxın məkan olan Yesentukiyə də getməyəcəyəm. Sadəcə, bağ şəraitində istirahət edəcəyəm. Lakin telefonum hər zaman açıq olacaq. Bilmirəm, belə olan məqamda bunu istirahət adlandırmaq olacaqmı? Ölkə daxilində hər hansı bir turizm məkanına da getmək fikrində deyiləm”.

Millət vəkili həmçinin yerli turizm obyektlərinin qiymətlərini və xidmətin səviyyəsini tənqid etdi: “Çox təəssüf  ki, Azərbaycan təbiətinin verdiyi turizm imkanlarından biz faydalana bilmirik. Turizm Azərbaycan insanı üçün əlçatmaz olaraq qalmaqdadır. Biz hətta qonşu rusların belə, buraya gəlişini təmin edə bilmirik. Təkcə ona görə yox ki, Türkiyə, Misir və digər ölkələr daha çox turistləri cəzb edir, uzaq xaric həmişə arzulanan olur. Bu, həm də ona görədir ki, biz servis imkanlarına və qiymətlərə görə həmin ölkələrlə rəqabəti təmin edə bilməmişik. Turizm infrastrukturunu elə təkmilləşdirmək və qiymətləri elə tənzimləmək lazımdır ki, Azərbaycan insanı çox böyük bir investisiyanı Gürcüstana, Türkiyəyə və ya Avropaya aparmasın”. 

Millət vəkili İqbal Ağazadə isə bu yay istirahət etməyəcəyini və mütəmadi olaraq, iş başında olacağını qeyd etdi: “Mən bütün yayı iş başında olacağam. Seçki ilidir, seçkilərə hazırlıq işləri gedir. Bu baxımdan məzuniyyəti düşünmürəm. Yəqin ki, bu yay istirahətim olamayacaq. Turizm obyektlərinin qiymətləri barədə də bir o qədər məlumatım yoxdur. Çünki, sonuncu dəfə harada dincəldiyim yadıma düşmür. Nə xaricdə, nə ölkə daxilində, nə zaman istirahət etdiyimi xatırlamıram. Demək olar ki, heç vaxt istirahətə getməmişəm, yay istirahətini keçirməmişəm”. 

Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası əlaqələr Komitəsinin üzvü Asim Mollazadə yayı Bakıda olacağını və istirahət üçün harasa getməyi nəzərdə tutmadığını vurğuladı. Millət vəkili yerli turizmin xarici turizmlə rəqabətə hazır olmadığını da qeyd etdi: “Düşünürəm ki, sistemli şəkildə turizm industriyasını inkişaf etdirmək və bunu Azərbaycan iqtisadiyyatının çox mühim bir sahəsinə çevirmək üçün işlər görülməlidir. Söhbət təkcə qiymətlərin yüksək olmasından getmir. Qiymətlərin ucuzlaşması ilə yanaşı, xidmətlərin səviyyəsi də yüksəlməlidir. Həm yerli əhalini, həm də xarici turistləri cəlb etmək üçün bu, çox önəmlidir. Yerli  əhalinin xarici turizmə marağının artması da normal prosesdir. Ancaq onu da etiraf etməliyik ki, Azərbaycan turizmi öz üzərində çox işləməlidir ki, xarici turizmlə rəqabətə hazır olsun”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar