Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Millət vəkilinin oğlunun lüks həyatı və ölən əsgərlərimiz - Foto


Ordumuzda əsgər itkilərinə dair acı və üzücü xəbərlərin ardı-arası kəsilmir. Dünən - aprelin 18-də də daha bir əsgərimiz özünü asdı


Artıq bu il ordumuzun 29 hərbçisi ölüb, 36-sı isə yaralanıb. 29 hərbçimizin yalnız 5-i düşmən gülləsindən şəhid olub.

Cəmiyyətdə belə stereotip var ki, orduda ölənlər kasıb-kusubun uşaqlarıdır. Hər zaman ictimai müzakirə mövzusu olan, həmişə də haqlı olaraq yaranan sual budur: “Bəs görəsən, məmur övladları əsgər gedirmi?”

Cavabı özlüyündə böyük ölçüdə bəlli olan bu sual rəsmən həmişə cavabsız qalıb, böyük ehtimalla bundan sonra da cavabsız qalacaq. Onların əksəriyyətinin əsgər gedib-getməməsindən xəbərimiz olmasa da (hərçənd ki, bütün məmurların uşaqlarının ordudan yayındığını da iddia edə bilmərik, çünki övladını vətən qarşısındakı borcunu yerinə yetirməyə sevə-sevə göndərən məmurlar da var) lüks həyatlarından xəbərimiz var. Bunu yaymağı onlardan biz istəmirik, sosial şəbəkələrdə elə özləri nümayiş etdirirlər...

Ordudan bəd xəbər eşitməkdən yorulan sıravi vətəndaşları daim düşündürən “bəs görəsən, məmur övladları da əsgər gedirmi” sualı həmin itki xəbərlərinin fonunda tez-tez səslənir. Bəs hansı məmur övladları? Dediyimiz kimi, təbii ki, hamısı yox. Söhbət o məmur övladlarından gedir ki, onlar çoxunu qıcıqlandıran dəbdəbəli həyatlarını, lüks yaşayışlarını, bahalı maşın, geyim və sair oyuncaqlarını sosial şəbəkələrdə reklam edirlər...

Bu gün sosial şəbəkələrdə öz dəbdəbəli həyat tərzini və əyləncələrini reklam edən “qəhrəmanları” bir daha xatırlayaq, cavabını ala bilməsək də öz-özümüzə sual verək: “Bəs onlar əsgər gediblərmi?”

Yada salaq ki, lüks həyatlarını göstərən şəkillərini təqdim edəcəyimiz məmur balaları ilə bağlı virtualaz.org saytında indiyə qədər çoxsaylı və geniş araşdırma yazıları yer alıb (həmin yazıların linkini də təqdim edəcəyik). Başlayaq...

Nəqliyyat naziri Ziya Məmmədovun kiçik qardaşı, deputat Elton Məmmədovun 26 yaşlı oğlu Aynar Məmmədov. Milli Məclisdə işləyir. Cəmisi 900 manat maaş alır. Ancaq həyat tərzi onun aldığı maaşla əsla ayaqlaşa bilməz...

Artıq şərhə ehtiyac yoxdur. Çünki Aynar Məmmədovla bağlı aşağıda təqdim edəcəyimiz fotolar necə deyərlər, “özü danışan fotolar”dır...













Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar