Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Millət vəkilindən Nigar Camala: “Tərbiyəli olmağa məhkumsan”


“Arda Turan adlı Türkiyənin həqiqətən istedadlı futbolçularından biri əleyhinə yazı yazmış yaşlı bir jurnalistə əl qaldırmaqla xeyli nüfuz itirdi. Kim olursan ol, elə davranışlar var ki, cəmiyyət onu sənin hansısa xidmətlərinə də bağışlamır”


Cebhe.info xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib. 

Millət vəkili insanların tərbiyəli olmağa məhkum olduqlarını bildirib: 

"Belə ifadələrə yol vermək olmaz. Tərbiyəli olmağa məhkumsan. Xüsusilə də cəmiyyətin sevdiyi, insanların simpatiyasını qanan bir insansansa, xüsusilə diqqətli olmalısan. Bizdə də Nigar Camal adlı bir Avroviziya qalibi narazı qaldığı yol polisləri haqqında təhqiramiz ifadə işlədib. Anlayıram, polislərin davranışında, rəftarında hüquqa uyğun olmayan epizodlar ola bilər, xanımın haqsız yerə maşınını saxlamaqla əsəbləşdirə də bilərlər, ancaq bunun qarşılığı 102-yə zəng edərək həmin polisin rəftarı barədə bilgi verməkdir. 

Ölçü götürülmədiyi halda yenə də etik çərçivəni aşmadan neqativ əməl sahibi olan polisin davranışı barədə fikirlərini ictimaiyyətə çatdıra bilərsən. Yoxsa mən bir beynəlxalq yarışın qalibiyəm deyə yol polisinə yönəlik "Qudurublar!" deyə ifadə yazmaq və paylaşmaq heç bir ədəb ölçüsünə uyğun gəlmir. Əslində bu ifadəni ancaq nəyəsə, kiməsə arxayın olan adamlar belə rahatlıqla, məsuliyyətsiz formada işlədə bilərlər. Nə olur olsun, tanınmış insanlar bu cür təhqiramiz ifadələr seçməkdən uzaq durmağa çalışmalıdırlar".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar