Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Millət vəkili yaslardakı israfçılıqdan danışdı


Yas mərasimlərindəki israfçılıq artıq bir neçə ildir müzakirə olunsa da, bu istiqamətdə köklü dəyişiklik hələ ki, hiss edilmir


ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

İctimai bəlaya çevrilən bu "adət"ə təxminən 4 il bundan əvvəl ləğvetmə qərarı verildi. Qadağa müsbət qarşılansa da, əməl edən azdır.

Sakin: "Yas mərasimi ölülərə lazım deyil, dirilərə lazımdı. Çünki bu mərasimləri etməklə insanlar başlarını qatır".

Sakin: "İştirak etmişəm. İfrat dərəcədə olub hər şey. Orada yemək yeməmişəm".

İlahiyatçıların fikirncə, dəbdəbəli yas mərasimlərinin keçirilməsi sosial bərabərliyin pozulmasına gətirib çıxarır.

Hacı Surxay - QMİ-nin nümayəndəsi: "Oraya gələnlər eyni səviyyədə adamlar olmur. Ehtiyacı olan adamlar da olur".

Proses təkcə yas mərasiminin təşkili ilə yekunlaşmır. Təmtəraq qəbristanlıqlarda da davam etdirilir. Başdaşılar, sanki, bir-biri ilə yarışır. Qafqaz müsəlmanları idarəsinin nümayəndəsi Hacı Surxay deyir ki, qəbir daşları ilə bağlı standart yaxın vaxlarda müəyyən olunacaq.

Bu məsələ millət vəkillərini də narahat edir. Qadağalara bəzi bölgələrdə riayət olunur.

Fazil Mustafa - Millət vəkili: "İnsanlar tövsiyəni dinləmirlər. Gözləyirlər ki, qapıda polis durub desin ki, olmaz. Onda da etiraz edirlər ki niyə qoymursuz tədbirimizi keçirək".

Bahalı başdaşı, dəbdəbəli ehsan süfrələri dində də bəyənilmir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar