Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Millət vəkili sosial şəbəkədə olanlara səsləndi


"Adını reklam olmasın deyə çəkmək istəmirəm, Azərbaycanda hər nə olsa, ancaq qara rəngdə təqdim edən bir qəzet var. Özünü qurban verərək bir nəfəri boğulmaqdan qurtaran, yorulmasına baxmayaraq, ikincisini də qurtarmaq üçün yenidən dənizə atılan polis çavuşu Zaur Nurəliyevin qəhrəmanlığı haqqında yazını görün hansı başlıq altında veriblər: "Bakıda polis qadını xilas edərkən boğuldu". Və sosial şəbəkədə isə həmin qəzet öz xəbərini bu dəfə belə bir başlıq altında təqdim edib: "Suda boğulan şəxsi xilas etməyən polis əməkdaşı özü batdı". Belə də yaramazlıqmı olar? "


Bu sözləri millət vəkili, tanınmış telejurnalist Sahib Alıyev öz facebook profilində yazıb. 

Millət vəkili sual edib ki, o cür fədakarlığı belə bir başlıq altında təqdim edənlərdə görəsən baş və vicdan varmı? 

- Bəs, bayağı şeyləri, televiziyada hansısa bir oxuyançının, savadsız və peşəsiz aparıcının səfehləməsini, eyni dərəcədə səviyyəsiz olan iki adamın bir-birini təhqir etməsini `bəh-bəh`lə paylaşan, iştahlı şərhlər yazalanlar necə, görəsən nədən cəmisi 40 günlük övladını yetim qoyaraq bir başqasını qurtarmaq üçün özünü quduz dalğaların qoynuna atan bu qəhrəman polisimizin fədakarlığını görməzlikdən gəlirlər? Mən onları başa düsəm də, başa düşmək istəmirəm. Deyim, onları niyə başa düşürəm. Çünki çoxu yazıb ələ saldığı adamlarla belə demək mümkünsə, eyni kodun daşıyıcılarıdır. Ələ salıb lağa qoyduqlarının hərəkətlərini hardasa özləri də edirlər. Onlarla məzələnəndə fərqinə varmasalar da, həm də özləriylə, içlərindəki onlarla məzələnirlər. Üzr istəyirəm, bu da mazoxizmin bir növüdür,- deyə Sahib Alıyev bildirib.

Sonda isə millət vəkili sosial şəbəkdəki dostlara səslənib: “Gəlin, bu cür igidlikləri yayaq. Birinci ona görə ki, belədə Zaur kimilərin ruhu qarşısında öz borcumuzu vermiş oluruq. Bunun özü də elə bir duadır. İkincisi, mütəxəssis araşdırmaları da göstərir ki, mənfi xəbərlər nə qədər çox tirajlansa, bir o qədər mənfilik doğurduğu kimi, müsbət şeylər də tirajlananda müsbət hallar çoxalır. Sonda onu da deyim, mən varlığım kimi əminəm ki, İsmayıllının gözəldən-gözəl Buynuz kəndində doğulub boya-başa çatan Zaur Nurəliyev cəbhədə də eyni qəhrəmanlığı edəcəkdi. Komandirini və yaxud da əsgər yoldaşlarını qurtarmaq üçün bir an da tərəddüd etmədən özünü qurban verəcəkdi. Ona görə də o mənim nəzərimdə ŞƏHİDdir. Şəhid təkcə cəbhədə olmur ki. Vətəndaşı qurtarmaq üçün canından keçmək elə Vətənin yolunda canını verməkdir!” (azvision.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar