Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Millət vəkili bəzi mühacirləri qınadı


Millət vəkili Adil Əliyev özünün Facebook səhifəsində maraqlı məqalı ilə çıxış edib


Həmin məqaləni müəllif yazısı kimi təqdim edirik.

****

Mübarizəni kişi kimi apararlar. Siyasi mübarizəni normal qəbul edirəm, harda seçki varsa, orda müxtəlif siyasi qütblərin mübarizəsi də var. Ancaq təhqiramiz ifadələr heç kimə başucalığı gətirmir.

Deməli, Qərb ölkələrinə sığınan bəzi azərbaycanlılar prezidentimiz haqqında ağızlarına gələni danışır, təhqiramiz ifadələr işlədirlər və sosial şəbəklərdə bu səpkili görüntülər yayırlar.

Bəziləriniz burada quzu balası kimiydiniz, elə ki, Avropaya köçdünüz, “əjdahaya” dönmüsünüz, hamıya ağıl öyrətməyə çalışırsınız, xoşunuz gəlmədiyi insanları təhqir edirsiniz, əlinizə meqafon alıb özünüz kimi 3-4 nəfərlə Azərbaycanın səfirlikləri qarşısında bağırırsınız.

Başa düşürəm, Avropada oturum haqqı almağın ağır şərtləri var və bəziləriniz bu haqqı almaq üçün isbat eləməlisiniz ki, guya sizi Azərbaycanda siyasi fikirlərinizə görə təqib ediblər, nahaq yerə həbsə atıblar və s. İndi də Avropada ona görə qışqırıb-bağırırsınız ki, avropalı məmurları Azərbaycanı siyasi səbəblərə görə tərk etdininizə inandıra biləsiniz. Ancaq avropalı məmurlar son illər xeyli təcrübə qazanıblar, bilirlər ki, bu kimi “izahların” çoxu sənədləriniz kimi saxtadır, həmin “sənədləri” də pulla müxtəlif partiyalardan almısınız. Təsadüfi deyil ki, son aylarda oturum almağın ən ağır olduğu Almaniyada neçə-neçə azərbaycanlını geri qaytarmağa qərar veriblər. Belələri hansı üzlə geri qayıdacaqlar? Axı, yalanları üzə çıxacaq, ona görə də eyvana çıxıb özünü atmaq istəyən və bununla almaniyalı məmurları hədələyənlər də var. Bir ölkəni qeyri-leqal şəkildə başqasıyla əvəz edib qabyuyan işləməyə hazır olanlar da az deyil. Nə deyim, bu sizin öz seçiminizdir. Bizim seçimimiz isə vətənimizdə yaşayıb ölkəmizi inkişaf etdirmək, torpaqlarımızın işğaldan azad ediləcəyi günü yaxınlaşdırmaq və məmləkətimizdə problemlər varsa, onların həllinə nail olmaqdır.

Xaricə qaçmısınız, bu öz işinizdir, Azərbaycanı bəyənmirsiniz, buna da qarışmıram, ancaq gedib vətənə və dövlətimizin atributlarına təhqir yağdırmayın. Azərbaycan prezidenti ilə Berlində, Parisdə mübarizə aparmaqdansa, torpaqlarımızı işğal edən Ermənistan prezidenti ilə mübarizə aparın, onun şəklini ayaqyolundan asın, asfalta şəklini vurun! Budur əsl vətənpərvərlik. Yox, əgər Azərbaycanda dəyişiklik istəyirsinizsə, qayıdın ölkəyə, istədiyiniz müxalifət partiyasının üzvü olun və burada mübarizənizi aparın. Berlində, Parisdə bağırmaqla Azərbaycanı dəyişə bilməyəcəksiniz, belə dəyişiklik heç kimə lazım da deyil! Prezidentimizin də dediyi kimi, cəmiyyət sizin təriflədiyiniz 1990-cı illərin əvvəllərini yaşayıb, bir daha həmin günlərə qayıtmaq istəmir. Sizin Avropadan bağırtılarınız da o illərin xaosunu, anarxiyasını xatırladır.

Nə yaxşı ki, qürbətdə yaşayan azərbaycanlıların içərisində ölkəsini sevən, Azərbaycan prezidentinin siyasətini dəstəkləyən, erməni lobbisi ilə mübarizə aparan soydaşlarımız çoxluq təşkil edir. Çünki onlar saxtakar vətənpərvərlərdən fərqli olaraq prezidentin bütün ölkəni və milləti təmsil etdiyini anlayır, prezidentə qarşı deyil, Azərbaycanın düşmənlərinə qarşı mübarizə aparırlar. Mən onların bir çoxunu şəxsən tanıyıram, Arvopa ölkələrinə səfərlərim zamanı onlarla görüşüb fikir mübadiləsi aparmışam və erməni lobbisi ilə mübarizədə mümkün olan kömək və dəstəyimi də əsirgəməmişəm.


Adil Əliyev, Milli Məclisin üzvü

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar