Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Millət vəkili AŞPA-da azərbaycanlı köçkünlərdən danışıb


Millət vəkili Qənirə Paşayeva bu gün AŞPA-da İordaniya ilə bağlı qətnamə layihəsinin müzakirəsi zamanı azərbaycanlı köçkünlərdən danışıb


APA-nın Avropa bürosunun xəbərinə görə, millət vəkili qeyd edib ki, son illərdə İordaniyanın da daxil olduğu Orta Şərq coğrafiyasında insanlıq tarixinin ən böyük dramı yaşanmaqdadır: “Suriyada davam edən daxili müharibə ilə birlikdə meydana gələn "köç dalğası"nın bölgəyə, əsasən də qonşu ölkə olan İordaniyaya öz dərin təsirini göstərib. Bu gün sayı on minlərlə olan suriyalı qaçqın İordaniyada yaşayır. Türkiyədən sonra ən çox suriyalı qaçqını qəbul etmiş ölkə İordaniyadır. Bu səbəbdən həm Türkiyə, həm də İordaniya hökumətlərinə və iki ölkənin xalqlarına qaçqınlara göstərdikləri yardımdan dolayı təşəkkür etməliyik. Torpaqlarının 20 faizinin işğal olunması səbəbindən 1 milyon insanı qaçqın və məcburi köçkün düşmüş bir ölkənin təmsilçisi olaraq qaçqın axınınına məruz qalan ölkələrin yaşadığı problemləri də çox yaxşı bilirəm. Sayı yüz minlərlə, milyonlarla olan qaçqınların həyatı əsas məsələ olduqda, qaçqın axınına məruz qalan dövlətin və hökumətin bütün proqramlarının həyata keçirilməsinə öz təsirini göstərir, prioritetləri dəyişir, qaçqınlar və onların problemləri gündəmdəki ilk sıranı tutur”.
 
Q.Paşayeva çoxlu sayda köçkünü olan ölkələrə dəstəyi artırmağa çağırıb: “İordaniyada olduğum müddət ərzində Suriyadan gələn qaçqınlarla da görüşdüm. Vətənini, evini, yurdunu tərk etmək bir insan üçün dözülməz bir acıdır. Bu insanların dərdlərinə çarə, acılarına əlac olmaq isə böyük fədakarlıqlar tələb edir. Bu səbəbdən Avropa ölkələri və qeyri-hökumət təşkilatlarının İordaniyaya dəstəklərini artırmaları lazımdır. İordaniya dini və etnik tərkibi etibarilə bu gün Avropa, dünya və insanlıq üçün çox önəmli olan "mədəniyyətlərarası dialoqda" fəal rol oynayan ölkələrdən biridir”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ədalət Şükürovun qızının toyundan ilk - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar