Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Millət vəkili: ““İstək” liseyi buna görə bağlandı”


“Təəssüf ki, bir təhsil ocağı öz fəaliyyətini dayandırmaqla bağlı qərar qəbul edib”


Bu sözləri Axar.az-a “İstək” liseyinin fəaliyyətini dayandırması ilə bağlı danışan millət vəkili Aydın Mirzəzadə deyib. 

O bildirib ki, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də çox ciddi rəqabət var:

“Valideynlər bu gün övladlarına keyfiyyətli, müasir tələblərə cavab verən təhsil verməkdə maraqlıdır. Bu baxımdan mümkündür ki, son dövrlərdə “İstək” liseyində işlər kifayət qədər yaxşı qurulmadığına görə valideynlər övladlarını başqa məktəblərə köçürüblər. Yəni ilk növbədə, bu məktəb digər məktəblərdən şagird qəbuluna, təhsil səviyyəsinə görə gerilədiyini görərək, bundan sonra fəaliyyətini davam etdirməyə ehtiyac hiss etməyib.

Ola bilsin ki, həmin liseyin bazasında yeni məktəb yaranacaq, yaxud da başqa məktəbin tərkibinə daxil olacaq. İstənilən halda, bu gün təhsil sahəsində rəqabət məktəbləri işini daha yaxşı qurmağa, valideynlərin marağını nəzərə almağa məcbur edir”.

Millət vəkili bildirib ki, ildən-ilə ölkəmizdə şagirdlərin təhsil səviyyəsi yüksəlir:

“Mən Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının müəllimiyəm. İldən-ilə qəbul olunan tələbələrin təhsil səviyyəsinin yüksəldiyini müşahidə edirəm. Bunu isə orta məktəblərdəki hazırlıq, valideynlərin öz övladlarının daha keyfiyyətli təhsil almasında maraqlı olması ilə izah edirəm”.

Qeyd edək ki, ötən gün “İstək” liseyinin təsisçisi bu təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı qərarın qəbul edilməsi barədə Təhsil Nazirliyinə müraciət edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar