Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mikayıl Cabbarovun vergi islahatları nə vəd edir?


Millət vəkili: “Hazırda vergi islahatlarının aparılmasında əsas məqsəd ondan ibarətdir ki, insanlar rahat vergilərin versinlər. Daha bu insanlara hücum olmasın”


“Görüləcək tədbirlərin sahibkarlığın inkişafında əsaslı rol oynamağı hansı güzəştlərin olacağından asılıdır”.

Bu sözləri millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov dünən vergilər naziri Mikayıl Cabbarovun vergi sistemində aparılan islahatlar və dəyişikliklərlə bağlı açıqladığı bir sıra məqamları PİA.AZ-a şərh edərkən qeyd edib.

Dünən Avropa İttifaqı - Azərbaycan biznes forumu keçirilib. Forumda çıxış edən vergilər naziri Mikayıl Cabbarov vergi sistemində aparılan islahatlar və dəyişikliklərlə bağlı bir sıra açıqlamalar verib. Nazir bildirib ki, vergi sistemində islahatları həyata keçirərkən vergi ödəyicilərinin, iş adamlarının, investorların bu və ya digər məsələlərlə bağlı düşüncələri və ictimai müzakirələrin əhəmiyyəti nəzərə alınır. Vergilər Nazirliyi bununla bağlı keçirilən müxtəlif araşdırmaları diqqətlə izləyir və biznes mühitinin öyrənilməsinə yönəlmiş tədqiqatları yüksək dəyərləndirir.

Vergilər naziri qeyd edib ki, vergi qanunvericiliyində və inzibatçılığında islahatlar həyata keçiriləcək, lakin biznes strukturlarının bu islahatlardan məmnunluğu onların öz bizneslərini hansı dərəcədə şəffaf həyata keçirməsi ilə birbaşa bağlı olacaq. Forumda iştirak edən biznes nümayəndələrinin 60-70%-nin ƏDV ödəyicisi olduğunu bildirən nazir ölkədəki fəal vergi ödəyicilərinin cəmi 3%-nin ƏDV ödəyicisi olduğunu qeyd edib.

Vergilər Nazirliyinin islahatlara yeni baxış bucağı barədə danışan M.Cabbarov biznes sferasında müşahidə olunan 3 böyük problemi vurğulayıb: “Bunlar dövriyyə, hesabatlılıq və əmək haqqlarının qeydiyyatında ciddi azaldılmalarla bağlıdır. Bu bizim kontekstimizdir və vergi islahatları paketinin əsas istiqamətləri bu kontekstdən çıxış edərək təklif olunacaqdır”.

Həmçinin vergilər naziri bildirib ki, kiçik və orta sahibkarlıq üçün əhəmiyyətli vergi güzəştləri veriləcək. Burada həm vergi inzibatçılığının sadələşdirilməsi, həm də vergi yükünün azaldılması nəzərdə tutulur. Digər tərəfdən vergi orqanları hesabatlılığa dair ümumi tələblərin artırılması istiqamətində addımlayacaq. Lakin, bu da öz növbəsində, özəl sektorda, xüsusilə qeyri-neft sektorunda fəaliyyət gösətərən müəssisələr üçün ümumi vergi yükünün azaldılması istiqamətində addımlarla müşayiət olunacaq. Vergilər naziri “kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılmasına yönəlmiş bu və ya digər tədbirlərin müsbət rol oynayacağını da qeyd edib.

Görülməsi nəzərdə tutulan bu tədbirlər sahibkarlığın inkişafında əsaslı rol oynaya biləcək? 

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədova müraciət edib.



Vahid Əhmədov: “Bütün bu islahatların aparılma məqdəsi vergi ödəyiciləri ilə vergi alanlar arasında münasibətin normal, sivil səviyyədə qurulmasıdır”.


Bütün bu islahatların aparılma məqdəsinin vergi ödəyiciləri ilə vergi alanlar arasında münasibətin normal, sivil səviyyədə qurulmasının təmin edilməsi olduğunu qeyd edən millət vəkili Vahid Əhmədov əlavə edib ki, vergi ödəyiciləri gördükləri işləri şəffaf aparmalıdırlar. Yəni vergi qaimələrin, elektron hesabatların düzgün verməlidirlər ki, sabah orada ciddi problem yaranmasın:

“Görüləcək tədbirlərin sahibkarlığın inkişafında əsaslı rol oynamağı hansı güzəştlərin olacağından asılıdır . Kiçik və orta sahibkarlıq üçün əhəmiyyətli vergi güzəştlərinin olması məsələsi çoxdan gündəmdədir. Mikayıl Cabbarov vergilər naziri təyin olunandan sonra böyük konfrans keçirdi və o konfransada mən də çıxış etdim. Həmin konfransda müəyyən təkliflər verdim. Ümumiyyətlə vergi ilə bağlı təkliflər çoxdur. Bu təkliflərin üzərində Vergilər Nazirliyi işləyir. 

Burada da əsas məqsəd ondan ibarət olmalıdır ki, Azərbaycanda kiçik və orta sahibkarlıq inkişaf etsin. Çünki həmin konfransda da, Avropa İttifaqı qeyd etdi ki, kiçik və orta sahibkarlığın inkişafı Azərbaycanda yüksək səviyyədə deyil. Yəni bu sahəyə kömək lazımdır. Biz hansı vergi məcələsinin olacağını, hansı vergi məcələsində dəyişikliklərin olacağını deyə bilmərik. Çünki hələlik bizə hər hansı bir sənəd daxil olmayıb. Milli Məclis bu məsələyə baxmalıdır qərar qəbul etməlidir.

Vahid Əhmədov: “İlk dəfə olaraq 2017-ci ildə vergilər naziri planı yerinə yetirmədi”.


İlk dəfə olaraq 2017-ci ildə vergilər naziri planı yerinə yetirmədi. Dövlət büdcəsinə gəlirlər aşağı səviyyədə yerinə yetirildi. Yəni Fazil Məmmədovdan fərqli olaraq yeni nazirin tutduğu xətt bu oldu ki, sahibkarlar sıxılmasın, onlara hücum olmasın. Həmçinin də onlar azad şəkildə vergini ödəsinlər. 

Hazırda vergi islahatlarının aparılmasında əsas məqsəd ondan ibarətdir ki, insanlar rahat vergilərin versinlər. Daha bu insanlara hücum olmasın. Amma vergi ödəyicilərindən də şəffaflıq tələb olunur. Vergi ödəyiciləri gördükləri işləri şəffaf aparmalıdırlar. Yəni vergi qaimələrin, elektron hesabatların düzgün verməlidirlər ki, sabah orada ciddi problem yaranmasın. 

Ona görə də bütün bu islahatların aparılma məqdəsi vergi ödəyiciləri ilə vergi alanlar arasında münasibətin normal, sivil səviyyədə qurulmasıdır”. 

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar