Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mikayıl Cabbarovun Astaradakı adamından xəbəri varmı?


Təhsil şöbəsinin müdiri məktəb ərazisini is adamına peşkəş edib


PİA.AZ xəbər verir ki, Vertikal.az-a daxil olan məlumata görə, Astara rayon Təhsil şöbəsinin müdiri Qızbəst Məmmədova H.Əliyev prospektində yerləşən 1 saylı şəhər tam orta məktəbinin futbol meydançasını rayonda “xod gedən” iş adamına - (vaxtı ilə Astaranın, indi isə Biləsuvarın icra başçısı olan Mahir Quluyevin biznes ortağı) Babayev İlham Yadulla oğluna icarəyə verib.

İlham Babayev həmin sahədən işlədiyi “Gənclik” sadlıq sarayının avtomobil dayanacaqı kimi istifadə edir.

Məlumat üçün qeyd edək ki, adı çəkilən “Gənclik” şadlıq sarayı da bir neçə il əvvəl himayədarların köməyi ilə rayon mərkəzi poçtunun ərazisində tikilib və bu hadisənin rayonda yol açdığı narazlıq bu günə qədər davam edir.

Bir təhər poçtun həyətində yerləşən şadlıq sarayının sahibi indi də məktəb meydançasına göz dikib.

Verilən məlumata görə, əhalidə nəbz yoxlaması aparan Qızbəst xanım sahibkara bildirib ki, rayonda futbol meydançası ilə bağlı sakitlik yaranan kimi Dövlət Əmlak Komitəsiylə razılaşıb həmin ərazinin birbaşa satışını da təşkil edəcək.

Maraqlısı budr ki, işdən rayon icra başçısı Qəzənfər Ağayevdə xəbərdardır. Onun nəyin xətrinə susması isə təəccüb doğurur .

Baş verən hadisədən xəbərdar olan rayon sakinəri buna ciddi etiraz edirlər. Onlar hələlik məlumatı mətbuata ötürərək məsələni ictimailəşdirməklə problemin öz həllini tapmasına ümid bəsləyirlər.

Bu ümidlər özünü doğrultmasa ölkə rəhbərliyini məlumatlandırmaq üçün imza toplanacağı xəbər verilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar