Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mikayıl Cabbarov icra başçısını çətin vəziyyətə salıb


Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarov nazirliyə aid bütün təhsil müəssilərinin ərazisini topoqrafik xəritəyə uyğun qorunub saxlanması tədbirlərini həyata keçirərkən müəyyən problem və ziddiyətlərin ortaya çıxması ilə rastlaşıb


Belə demək mümkündürsə, bir çox qanuna və hüquqa zidd əməlləri aşkarlayıb. 

Düzdür, bütün qəbildən olan təhsil müəssisələrinin ərazilərinə aid torpaq sahələrində fərdi yaşayış və hündür mərtəbəli binaların tikilməsinə sabiq təhsil naziri Misir Mərdanov da razı deyildi, buna qarşı mübarizə aparırdı. Amma elə hallar olurdu ki, Misir Mərdanov təhsil müəssisələrinə aid zəbt olunmuş, satılmış ərazilərin geri qaytarılmasında çətinlik çəkirdi, fikrindən daşınırdı. Faktinfo.az saytına məlumat verən şəxs hesab edir ki, bu məsələlərdə Mikayıl Cabbarov israrlıdır. Yəni, fiziki və hüquqi şəxslərə təhsil müəssisələrinin ərazisini zəbt etməyə imkan vermir. Hətta zamanında satılmış ərazilərin də hazırda geri qaytarılmasını istəyir.

Nizami rayonunda yerləşən Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün xüsusi tipli 3№-li İnternat məktəbinin ərazisi fərdi yaşayış evi tikmək üçün 2006-cı ildə ayrı-ayrı şəxslərə satılıb. Hətta, internatın ərazisindən keçmiş direktor Tanrıverdi Əliyevin özü və bacanağı (hazırda Tərtər rayonunda təhsil şöbəsinin müdiri işləyən Aydın Qarayev) torpaq alıb. Saytımızı məlumatlandıran mənbə bildirir ki, internatın ərazisini Nizami rayonunun 2006-cı ildə bələdiyyə sədri işləmiş hazırda Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov satıb. Belə ki, Arif Qasımov ərazinin satılmasını internatın keçmiş rəhbəri Tanrıverdi Əliyevlə ümumi razılaşma əsasında həyata keçirib.

Aldığımız məlumatlarda o da bildirilir ki, özəlləşdirmək istədikləri torpaq internatın balansında olan stadionun ərazisini əhatə edib. Bu səbəbdən Misir Mərdanov fikrindən daşınıb. Bu zaman Nizami rayon Bələdiyyəsinin keçmiş sədri Arif Qasımov Misir Mərdanova məktub yazıb ki, özəlləşdiriləcək ərazi internatdan 800 metr aralıda yerləşir. Bununla da internatın ərazisini satmağa icazə verilməsi məktubda istənilib (Bizim üçün də maraqlıdır ki, əgər satılmış ərazi internatın balansında olmayıbsa, nədən Misir Mərdanovdan razılıq istənilib?).

Nəzərə alsaq ki, internatın yerləşdiyi nöqtədən 800 metr kənar ərazi özəlləşdirilib fərdi yaşayış evləri tikmək üçün satılıb, onda bu deməkdir ki, Qara Qarayev metrosunun üstündə fərdi yaşayış evləri tikilib. Yox, əksinə, həmin məsafə arxaya hesablanıbsa, Razin stansiyası istiqamətində dəmiryol xəttinin üstünə düşüb. Bu həqiqətlər isə hazırda Mikayıl Cabbarov tərəfindən Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova problem yaşadır, onu çətin vəziyyətə salır. Çünki internatın ərazisindəki evlərin sökülməsini Mikayıl Cabbarov istəyə bilər.(faktinfo.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar