Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məzhəb savaşının azarkeşləri

Srağagün sosial şəbəkədəki səhifəmin daxili poçtuna “Samedov” soyadlı bir nəfər mesaj yazmışdı, hər gün musavat.com saytında 250 xəbərin birindən şikayətçi olduğunu dedi


Araşdırdıq, məlum oldu ki, həmvətənimizin narahat olduğu xəbər Suriyada döyüşən iranmeylli “Həşdi Şabi” qrupuna dairdir. Heç demə, soydaşımızı həmin qrupun xəbərdə “terrorçu” kimi qeyd olunması narahat edir.

Əslində qəribəydi, öz ölkəmizdə bu qədər problem, dərd-sər olduğu halda bir gənc həmvətənimizi üçüncü ölkənin maliyyələşdirdiyi və dördüncü ölkədə vuruşan silahlı dəstənin reputasiyası nədən narahat etsin? 

Bunu ondan soruşduq, cavab verdi ki, öz ölkəsinin azadlığı üçün vuruşan bir silahlı dəstənin yanlış adlandırılması onu çox narahat edir. Bu şəxs o “məşum səhvi” aradan qaldırmaq üçün redaksiyada daha səlahiyyətli adamla da danışmaq istədiyini bildirdi və məlum oldu ki, bu, onun üçün az qala həyat məsələsi qədər vacibdir. 

Bu cür adamlar ölkəmizdə, oxucularımız arasında çoxdur. Yaxın Şərqdəki çoxsaylı münaqişə ocaqları barədə yazılan məqalələrin, çox vaxt isə beynəlxalq xəbər agentliklərindən götürülmüş xəbər və yazıların altına yazılan şərhlərdən də onların narahat simasını görmək mümkündür. 

Biri yazır ki, siz nə haqla İŞİD-ə qarşı yazılar verirsiniz, onlar cihad edirlər. Başqası yazır ki, “Hizbullah” suriyalı şiələrin xilaskarıdır, amma sizdə başqa cür yazılıb. Bir başqası İsraili İrana, o birisi Türkiyəni Səudiyyə Ərəbistanına, bəziləri isə hamını hamıya qatır. 
Ölkəmizdəki heç bir problem bu cür oxucuları Yaxın Şərqdə gedən məzhəb savaşı qədər maraqlandırmır, narahat etmir.

Bunu artıq danmaq olmaz. İraqda, Suriyada gedən müharibənin adı məzhəb savaşıdır, sünni-şiə müharibəsidir və bu savaşı virtual aləmdə ölkəmizdə də aparanlar var.
Regionda və ölkəmizdə bu real və virtual savaşa qatılanlar fərqində deyillər ki, onlar supergüclərin illərlə hazırlayıb həyata keçirdiyi və artıq alovlanmaqda olan qanlı münaqişədə tərəfə, bundan da daha pisi, alətə çevriliblər.

Yaxın Şərqdə, müsəlman dünyasında məzhəb savaşının qızışdırılmasının böyük bir layihə olduğu və bu layihənin bənd-bənd reallaşdırıldığı artıq sirr deyil. Bu barədə amerikalı kəşfiyyatçının hələ 2008-ci ildə yazdığı və sonradan filmlərə mövzu olan kitabında da bildirilir. 

Həmin ktab “The Devil we know”  (“Tanıdıımız şeytan”) adlanır və müəllifi Robert Booker Baerdir. 

Bir vaxtlar Fransada, Hindistanda, Livanda, Sudanda, Tunisdə, Tacikistanda, İraqda işləyən və fransızca, almanca, farsca, rusca, ərəbcə, tacikcə ana dilindəki kimi danışan, hətta İranda yaşayan azsaylı bəlucların da dilini bilən kəşfiyyatçı Baer həmin kitabında yazıb: “Yeni Yaxın Şərq qurmağın yeganə yolu bölgədə geniş miqyaslı sünni-şiə savaşını tətikləməkdən keçir. Niyə biz amerikalılar ölməliyik ki? Buraxaq, müsəlmanlar öz aralarında bir-birini öldürsünlər”.

Türkiyədə çıxan “Sözçü” qəzetinin yazarı Yılmaz Özdil dünənki yazısında bu adamın İraqda kürdlərdən ibarət hərbi dəstələr topladığını və uzun illər təlim keçərək gələcək döyüşlərə hazırladığını yazıb. 

Bir vaxtlar geniş müzakirə mövzusu olan “Yeni Yaxın Şərq” layihəsində sünni-şiə savaşı da nəzərdə tutulub, ölkələrdə vətəndaş müharibələri salınması da, bütün bu qarmaşıqlıqdan sonra bölgədə yeni dövlətin yaranması da. İndilikdə yaradılması uğrunda qanlı savaşlar gedən dövlətin adı Kürdüstandır. Son əlli ilin ən sadiq hərbi-siyasi müttəfiqləri olan ABŞ-la Türkiyənin arasının açılmasının əsas səbəbi də elə budur. 

Suriyada, İraqda vuruşan, onlara azarkeşlik edən tərəflərə baxanda mənzərə tam aydın görünür.  Onları vuruşduran dövlətlərin səfi-sırası da bəllidir. 

Budur, artıq neçə ildir ki, İraqda ABŞ əsgəri ölmür. Çünki onların böyük bir hissəsi İraqdan çıxarılıb, qalanlar da artıq özlərinin, öz diplomat və mütəxəssislərinin təhlükəsizliyini qoruyur, hərbi əməliyyatlara qarışmırlar. Əvəzində keçmiş iraqlılar üzbəüz səngərlərə girib döyüşürlər. Hamısı iraqlıdır, hamısı müsəlmandır, amma onlar məzhəb və hakimiyyət savaşı aparırlar. 

Bizimkilər də təbliğata uyub tərəf tutublar, Yəməndə hutilərə qahmar çıxanlar Suriyada “Həşdi Şabi” dəstəsini dəstəkləyir, Suriyada Hələbi əldən vermək istəyənlər isə İraqda Bağdadı tutmaq istəyir.(musavat.com)

Yazar : Xalid KAZIMLI 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar