Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Meyvə qurusunun açıq satışı qadağandır


Qablaşdırılmadan satışa çıxarılır, heç bir gigiyena qaydalarına riayət olunmur


Bazarlardakı quru meyvələrin əksəriyyəti normativ-texniki tələblər kobud şəkildə pozulmaqla alıcılara təklif olunur. Əvvəllər püstə, ərik, alça, gavalı və üzüm kimi meyvə quruları məşhur idisə, indi piştaxtaları portağal, ananas, armud, gilas kimi meyvə quruları da bəzəyir. Azərbaycanda quru meyvələrin keyfiyyəti normativ-texniki sənədlə tənzimlənir. Müvafiq qaydalara əsasən, qablaşdırılmayan məhsul açıq şəkildə satışa çıxarıla bilməz.

Normativ-texniki sənədlərin tələblərinə əsasən, quru meyvələrin qablaşdırmasında istehsalçı müəssisənin adı və ünvanı, məhsulun adı, növü, çəkisi, istehsal tarixi, yararlılıq müddəti, enerji dəyəri və texniki sənədləşdirmənin nömrəsi barədə məlumatlar qeyd edilməlidir. Bu gün isə kustar üsulla qurudulan meyvə quruları də alıcıya təklif olunur.

Əslində isə məhsul toxum vəziyyətindən yetişənə qədər fitosanitar nəzarəti altında olmalıdır. Bazara çıxarıldıqdan sonra isə baytar həkim ona rəy verməlidir. İstehsal sahəsində qablaşdırılması üçün isə müvafiq orqanlardan icazə tələb olunur. Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun sözlərinə görə, bu məhsulu satışa çıxaranlar məsuliyyət daşıyırlar.

Mütəxəssislərə görə, keyfiyyətli quru meyvələr bütöv olmalı, üzərində çatlar olmamalı və ziyanvericilərin təsirinə məruz qalmamalıdır. (xezerxeber)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar