Şənbə, 23 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Meyuezer Makqreqorla ikinci döyüşə razılıq verdi


Boks üzrə keçmiş dünya çempionu Floyd Meyuezer UFC-nin irlandiyalı döyüşçüsü Konor Makqreqorla MMA ikinci görüşə razılıq verib


PİA.AZ oxu.az-a istinadən xəbər verir ki, ikinci görüş MMA (Mixed Martial Arts - Qarışıq Döyüş Sənətləri) qaydaları üzrə keçiriləcək.

"Floyd bildirdi ki, onun Konorla budəfəki döyüşü başqa cür keçiriləcək. Bunu etmək üçün yeganə üsul onları oktaqonda (MMA döyüşlərinin keçirildiyi səkkiz guşəli məkan - S.T.) bir araya gətirməkdir. Əvvəl biz Makqreqoru rinqə çıxartmışdıq, indi isə növbə buna qarşılıq verməkdir", - UFC rəhbəri Deyn Uayt deyib.

Xatırladaq ki, Floyd Meyuezerlə Konor Makqreqorla ilk döyüş ötən ilin 27 avqustunda Las-Veqasda baş tutub. Həmin döyüş boks qaydaları ilə keçirilib. Amerikalı boksçu 10-cu raundda texniki nokautla qalib gəlib və məğlubedilməz olaraq qalıb. Bu, onun peşəkar karyerasında 50-ci qələbəsi olub. İrlandiyalı isə MMA qaydaları üzrə keçirdiyi 24 döyüşün 21-də qələbə qazanıb, 3-də uduzub.

pia.az
Etiket:
loading...