Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Metro gecə saat 2-dək işləyəcək


İslam Oyunlarının bağlanışı günü


Mayın 12-də IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi zamanı sərnişinlərə yüksək xidməti ilə seçilmiş «Bakı Metropoliteni» QSC yarışların keçirildiyi günlərdə də fəaliyyətini tədbirlər planına uyğun davam etdirir.
 
QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, İslam Oyunlarının təqviminə uyğun olaraq, yarışların keçirildiyi vaxtlarda idman arenalarına yaxın stansiyalarda sərnişin axınının tənzimləməsi nəzarətdə saxlanılır. Eyni zamanda, qonaqların daha çox axını müşahidə olunan şəhər mərkəzinə, həmçinin Atletlər kəndinin yerləşdiyi əraziyə yaxın olan «Koroğlu» stansiyasında gücləndirilmiş rejimə müvafiq qaydada daimi nəzarət davam etdirilir.

Qeyd edək ki, İslam Oyunlarının proqramına daxil olan yarışların keçirildiyi günlərdə Bakı Metropoliteni fəaliyyətini gecə saat 01:00-a qədər davam etdirir. Sərnişin axınından asılı olaraq, ehtiyac duyularsa, qrafikin uzadılmasının mümkünlüyü də qüvvədə qalır.

Xəbər verdiyimiz kimi, «Bakı Metropoliteni» QSC-nin rəhbərliyi sərnişinlərin, xüsusən də əcnəbi qonaqların xüsusi tələbatını nəzərə alaraq, bu günlərdə könüllülərin də xidmətindən faydalanır. Bu məqsədlə, namizədlərdən seçilmiş 30 könüllü növbəli iş rejimi qaydasında yarış məkanlarına və şəhər mərkəzinə yaxın stansiyaların vestibüllərində və platformasında fəaliyyət göstərir. Metropoliten könüllüləri arasında keçirdiyimiz sorğuya əsasən, onlara həm yerli sərnişinlərin, xüsusən də İslam Oyunlarını izləmək üçün bölgələrimizdən gələnlərin, həm də əcnəbi qonaqların müraciəti kifayət qədər çoxdur. Hazırda hər könüllüyə müraciət edən metro istifadəçilərinin sayı kifayət qədər çoxdur ki, onların da böyük qismi əcnəbilərdir.
Onları yarış arenalarına doğru hərəkətlə yanaşı, şəhərimizin sosial-mədəni və iaşə obyektləri, iri ticarət mərkəzləri, gəzməli-görməli yerləri də maraqlandırır. Həm də yarışların ilk günləri ilə müqayisədə bu səpkidə müraciətlərin sayı da artıb.
Sərnişinlərin məlumat almaq istədikləri məkanlar arasında İçərişəhər, xüsusən də Qız qalası, həmçinin dənizkənarı bulvar üstünlük təşkil edir. İlk günlərdə metropolitendən istifadə qaydaları, həmçinin gediş haqqının ödənilməsi ilə bağlı məlumat almaq istəyənlərin sayı daha çox olub. Bu mənada məhdud istifadə üçün kartların alınması üstünlük təşkil edir.

Onu da əlavə edək ki, «Bakı Metropoliteni» QSC-də yarış və şəhərin əsas sosial-mədəni obyektlərinin qeyd olunduğu paytaxtın xüsusi xəritəsi olan yaddaş kitabçaları da hazırlanıb. Aksiyanın məqsədi qonaqların bu obyektlərə daha rahat çatmasını təmin etmək, bununla yanaşı, şəhərin digər sosial-mədəni obyektlərini təbliğ etməkdir. Daha geniş auditoriyada yayılmasını təmin etmək üçün yaddaş kitabçaları Bakının ən iri ticarət mərkəzlərinə və mehmanxanalarına təqdim olunub. Ötən günlər onu da bir daha əyani nümayiş etdirdi ki, bu kitabçalar şəhərimizin qonaqlarının ürəyincədir.

Nəzərinizə çatdıraq ki, açılış mərasimində olduğu kimi, mayın 22-də - bağlanış tədbirinin keçiriləcəyi gecə ərzində də metropoliten fəaliyyətini gecə saat 02:00-a qədər davam etdirəcək. Lakin zərurət yaranarsa, açılış mərasimində olduğu kimi, metropolitenin fəaliyyəti daha gec saatlara qədər uzadılacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar