Çərşənbə axşamı, 21 May 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Mətanət: “Kişilər min hoqqadan çıxır”


“Kişilər min hoqqadan çıxır... Həyatda özümüz-özümüzə baryerlər qoyuruq, kim mənə nə qadağa qoya bilər? Sərhədlər ailədən başlayar: ata, qardaş, həyat yoldaşı. Kənarda, sosial şəbəkədə kimsə nə etdi, mənə nə”


Axşam.az-ın məlumatına görə, bu sözləri aparıcı Mətanət Əliverdiyeva “El bizim, sirr bizim” proqramında deyib.

Aparıcı cəmiyyətdə qadına olan münasibətdən, kişi qısqanclığından danışıb:

“Çalışdığım kanalda bir cütlük var. Kişi qoymur həyat yoldaşı efirə çıxsın. Başa düşmürəm, əgər qısqanırsansa, niyə xanımını kişilərin içində işləməyə qoyursan? Müstəqil qadınam. 23 ildir işləyirəm, həftənin 7 günü çalışıram. Allah ömür versin yenə çalışım. Mən ailədə öz pulumu yığıram. Hətta evdə borc istəyəndə deyirəm yoxumdur”.

M.Əliverdiyeva həmkarlarının paxıllığından söz açıb:

“Efirdə olan aparıcıların paxıllığı var. Kişi aparıcıları, qadınlara qarşı qıcıq olur. Reytinq mövzusu bütün aparıcıların boğazındadır. Bu gün verilişin reytinqi 3-dür, qınayırlar. Amma siz onun qonaqlarına, aparıcısına qiymət verin. Mən paxıl insanları görmürəm. Paxıllar heç mənim vecimə də deyil”.

pia.az
Etiket:

loading...