Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məsud Məmmədov saxta veteranlıq sənədi satır - Gədəbəydə

Ötən il Gədəbəydə 600-700 arası mülki şəxsə 1988-1994-cü illərdə Qarabağ müharibəsində iştirak zamanı əlil olmaları və yaxud da, döyüşlərdə iştirakı ilə bağlı arayışlar verilib


Gədəbəyin icra başçısının adı saxta veteranlıq sənədi biznesində hallanır. Ona bu işlərdə Gədəbəy rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gədəbəy rayon Şöbəsi kömək edir. 

Yəni rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən göndərilən siyahı əsasında vətəndaşlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gədəbəy rayon Şöbəsindən kütləvi surətdə müharibə veteranı statusu verilməsi haqda xəbərlər var.

Rayon sakinlərinin Gədəbəydə ezamiyyətdə olmuş müxbirimizə söylədiklərinə görə, keçən il 300-700 arası mülki şəxsə 1988-1994-cü illərdə Qarabağ müharibəsində iştirak zamanı əlil olmaları və yaxud da, döyüşlərdə iştirakı ilə bağlı arayışlar verilib. Gədəbəy cəbhə bölgəsində olduğundan bura rayonun müdafiəsində iştirak edən xeyli insan var və onların əksəriyyəti vətəndaşlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gədəbəy rayon Şöbəsinin rəisi Məsud Məmmədovun sayəsində saxta əlillik statusu alıblar. Yerli sakinlər tərəfindən Məsud Məmmədovun isə bu işdə icra başçısı Ramiz Yediyarovla birbaşa əlaqəli çalışdığı bildirilir

Rayon sakinlərinin sözlərinə görə, əvvəllər sosial müvainət verərkən həmin vəsaitin yarısına özünə götürən yarısını isə müavinət istəyən imkansız ailəyə verməklə pul qazanan rəis Məsud Məmmədov yeni qaydalar tətbiq ediləndən sonra əli boşda qalıb. Artıq əlillik üçün müraciət edənlərin də sayı azaldığından şöbə rəisi yeni qazanc yerləti axtarıb tapıb. 

Rəisin yeni yaradıcılığı barədə isə  növbəti yazımızda... 

Mənbə: milliyol
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar