Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məsud Bərzaninin getdiyi yolda çoxlu “qırmızı xətlər” var



Ramin Hüseyn Abadian

“Mehr News” (İran)


İraq Kürdüstanını Bağdaddakı mərkəzi hökumətindən ayrılma məsələsi İraqın siyasi səhnəsində həmişə mövcud olub. Məsud Bərzaninin kürd muxtariyyətinin başçısı olmasından sonra müstəqilliklə bağlı referendumun keçirilməsi daha da ciddiləşib. Özünü bütün İraq kürdlərinin rəhbəri hesab edən Bərzaninin fikrincə, Bağdaddan ayrılmaqla kürdlərin əksər problemləri həll olunacaq. Baxmayaraq ki, mövcud problemlərin bir çoxu məhz onun səriştəsiz rəhbərliyi dövründə yaranıb.

Bərzani bir sıra daxili və xarici sədlərlə qarşılaşıb, Kürdüstan bölgəsinin yaxın əlaqələri olan ölkələrdən və daxildən müxalifətlə üzləşmə yeni qərarlar qəbul etməyə sövq edir.

Bağdad hökumətinin qətiyyəti

İraqın baş naziri Heydər İbadi referendumla bağlı Bağdad hökumətinin həlledici mövqeyini dəfələrlə bəyan edib. İbadi vurğulayıb: "İraq Konstitusiyası və sözügedən referendum arasında ziddiyyət var. Bağdad hökuməti referendumun qanunsuz olduğunu düşünür və onun nəticələrini də tanımayacaq".

Baş nazir çıxışlarında Bağdad və Ərbil arasındakı problemlərin həll edilməsi üçün siyasi məsləhətləşmələrin vacibliyini daim vurğulayır.

İranın açıq mövqeyi

İslam Respublikası Kürdüstanın statusuna dair referenduma birmənalı mövqe sərgiləyir. İranın siyasi və hərbi rəsmiləri həmişə İraqın inteqrasiya olunmuş varlığını istəyirlər və bu vəhdət üçün təhlükə törədən hər nə varsa, təkidlə qarşı çıxırlar.

İslam İnqilabının Ali Lideri iyunun 20-də baş nazir Heydər İbadi ilə görüşü zamanı deyib: "İran İslam Respublikası ölkənizin bir hissəsinin səssiz-səmirsiz ayrılması üçün referendum keçirilməsinə qarşı çıxır, çünki bu, İraqın müstəqilliyinə və eyniyyəti (identikliyi) əleyhinədir".

Bundan başqa İran silahlı Qüvvələri Baş Qərargahının rəhbəri general Baqiri Türkiyəyə səfərində rəsmi Tehranın referendumla bağlı prinsipial mövqeyini bir daha təkrarlayıb.

Türkiyənin müxalifliyi

Türk hökuməti İraqın Kürdüstan bölgəsinin müstəqilliyinə qarşı çıxan digər ölkələr arasındadır. Bu ölkənin rəsmiləri hesab edir ki, (Məsud Bərzani ilə təəccüblü münasibətlərə baxmayaraq) kürd bölgəsinin İraqdan ayrılması Türkiyədə kürd separatçılığını gücləndirən təxribatçı amil ola bilər və onlar da ayrılıqçılığa meyllənər.

Bu baxımdan Ankara hökuməti Kürdüstan bölgəsinin müstəqilliyinə qarşı müxalifətini əvvəldən bəyan edib və bunun Ankara üçün “qırmızı xətt” olduğunu vurğulayıb.

Ərbil və Ankara arasında geniş iqtisadi, ticari və hərbi əlaqələrə əsaslanaraq Bərzani referendum məsələsinə Türkiyənin qapı bağlayacağını düşünməmişdi. Ankaranın təpkisi Kürdüstan rəsmiləri hesablamalarındakı səhvi tamamilə ortaya çıxarıb.

Amerikanın mövqeyi

ABŞ hökuməti kürd müstəqilliyinə müxalifətin tərəflərindən biridir. Dövlət katibi Reks Tillerson müstəqillik referendum ilə bağlı Məsud Bərzani ilə telefon danışığında onun təxirə salınmasına çağırıb. Eyni məsələ ilə əlaqədar Birləşmiş Ştatlarının səfiri avqustun 15-də Bağdadda Kürdüstan nümayəndə heyəti ilə görüşündə Vaşinqtonun referendum əleyhinə olduğunu qeyd edib və iki tərəf arasında problemlərin dialoq və danışıqlar yolu ilə həll etməyin vacibliyini söyləyib.

ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden 2006-cı ildə İraqı üç – sünni-kürd və şiə hissələrinə ayırmağın lazım olduğunu açıqca ifadə edirdi. Lakin görünür, ABŞ-ın İraqda davam hərbi iştirakı məsələsində Bağdadla razılaşmış Birləşmiş Ştatlar hazırkı durumda Kürdüstanın müstəqillik referendumuna dəstəyə ehtiyac duymur.

Separatizm və sionizm maraqları

İraqda geniş separatizmə giriş olan Kürdüstanın müstəqillik referendumu, şübhəsiz, İsrailin maraqlarına xidmət edir. Regionda zəif ölkələrin varlığı həmişə onun karına gəlir və İraq kimi əhəmiyyətli bir dövlətin təsirsizliyi sionist rejimi gücləndirir.

Buna görə də, baş nazir Benyamin Netanyahunun Kürdüstanın müstəqilliyinə dair referenduma verdiyi dəstək təbiidir. Netanyahu İraqın Kürdüstan bölgəsinə dəstəyi "Jerusalem Post"da, onun Konqress üzvləri ilə görüşünə dair reportajda əks olunub: "Netanyahu İraq Kürdüstanının müstəqilliyinə müsbət baxdığını söylədi. O, həmçinin Kürdüstan xalqını İsrail və ABŞ ilə eyni dəyərləri bölüşən cəsur və qərbli bir xalq kimi təsvir etdi".

Səsin zəifləməsi

Avqustun 30-da “Əş-Şərq Əl-Əvsət” qəzetinə müsahibəsində Bərzani artıq İraq Kürdüstanı Regional Rəhbərliyinin (İKRR) keçirəcəyi referendumun 6 aydan bir ilədək təxirə salına biləcəyini deyib. Daha sonra səsvermənin nəticələrinə İraq rəsmiləri, ABŞ, Avropa Birliyi və BMT-nin hörmət edəcəklərinə yazılı zəmanət verməli olduğunu bildirib.

Aydındır ki, İKRR orqanları, xüsusilə də Məsud Bərzani hər kəsdən daha yaxşı bilir ki, rəsmi Bağdad kürd hökumətinin mərkəzi hökumətdən ayrılmasına qarşı çıxacaq. Mərkəzi hökumətdən başqa, Kürdüstanın müstəqilliyinə dair geniş miqyaslı daxili və xarici müxalifətlə üzləşdiyindən o, mövqeyini dəyişdirə biləcəyinə eyham vurur.

Kürdüstanda separatizm planının uğursuz layihə olması ilə bərabər, Məsud Bərzani kimi rəsmilər yaxşı dərk edirlər ki, separatçı və sionist şüarlara bir çox qapılar qapalı olacaq və onlardan keçid əsla asan deyil.
(Tərcümə: Strateq.az) 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar