Barcelona-nın hücumçusu Lionel Messi Çempionlar Liqasının final oyunundan sonra böyük beşlik çempionatlarında bütün turnirlər nəzərə alınmaqla cari mövsümün bombardiri olub
PİA.AZ goal.az-a istinadən xəbər verir ki, Real - Liverpool oyununda Krişiano Ronaldo (44 qol) və Məhəmməd Salahın (44 qol) fərqlənə bilməməsi 45 qol vuran Messinin liderliyini rəsmiləşdirib.
Bu trionu 41 qolla Lazio-dan Çiro İmmobile, Tottenham-dən Harri Keyn və Bayern Munchen-dən Robert Levandovski izləyir. PSG-nin hücumçusu Edinson Kavani isə mövsüm ərzində 40 dəfə rəqib qapılarına yol tapıb.
pia.az