Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhurların fəxri ad davası


Rəşid Behbudovun bacısı oğlunun iddialarına cavab gəldi; Mübariz Tağıyev: “Başa düşə bilmirəm, kiminsə yerinə, başqasına ad verilməsi nə ilə bağlıdır?”


Azərbaycanın dünya şöhrətli, görkəmli sənətkarı Rəşid Behbudovun bacısı oğlu Cəfər Behbudov bu günlərdə apa.az saytına maraqlı açıqlamalar verib. 

Ötən əsrin 80-ci illərində parlaq müğənniyə çevrilən, daha çox Flora Kərimova ilə birlikdə ifa etdiyi “Sevgi” mahnısı ilə tanınan, hazırda Ukraynada yaşayan C.Behbudov öz müsahibəsində 24 il öncə Azərbaycanı birdəfəlik tərk etməsi məsələsinə toxunub və ilginc faktlar danışıb. Onun sözlərinə görə, 90-cı illərdə sənətçilərə fəxri ad verilən zaman onun da adı həmin siyahıda yer almasına baxmayaraq, yerinə müğənni Mübariz Tağıyevin adı salınıb. Bu səbəbdən bəzi adamlardan inciyərək ölkəni tərk edib və bir daha geri gəlmək istəməyib.

Xatırlatma verək ki, yaşlı nəsil Cəfər Behbudovu daha yaxşı tanıyır. Onun 80-ci illərin əvvəllərində oxuduğu mahnılar tez bir zamanda populyarlıq qazanıb, mütəmadi olaraq ifaları AzTV-də nümayiş olunub. 1992-ci ildə müəyyən səbəblərdən Azərbaycanı tərk edən Cəfər Behbudov hazırda Ukraynanın Kiyev şəhərində yaşayıb fəaliyyət göstərir, əsasən restoranlarda çıxış edir. Özünün dediyi kimi, ölkəni tərk etdiyi vaxtdan çox çətinliklərdən keçməli olub.

Azərbaycanı tərk etməsi ilə bağlı səsləndirdiyi iddialara gəldikdə isə bu məsələdə adı keçən xalq artisti Mübariz Tağıyevin fikirlərini öyrənməyə çalışdıq. Xalq artisti aldığı fəxri adın tarixçəsi haqda “Yeni Müsavat”a bunları bildirdi:

“Bildiyim qədər Cəfər Azərbaycanı 1991-ci ildə tərk edib. Mübarizə Tağıyevə isə əməkdar artist adı 2000-ci ildə verilib. Ona qədər Azərbaycanda ad məsələləri bağlı idi. Yəni 1990-cı ildən 2000-ci ilə  qədər ad məsələsi olmayıb. Heydər Əliyev bundan sonra başladı fəxri adları təyin etməyə. Bir dəfə UNİCEF-in tədbirlərinin birində məndən soruşdu ki, "sənin fəxri adın yoxdur?"  və o məsələ iki dəqiqənin içində həll olundu. 1991-ci il hara 2000-ci il hara? Bütün sahələrdə ad məsələsi elədir ki, orada məhdudiyyət yoxdur. Ola bilər ki, orada 10-12 nəfər olsun. Başa düşə bilmirəm, kiminsə yerinə, başqasına ad verilməsi nə ilə bağlıdır? 1985-ci ildən bu günə qədər mən AzTV- nəzdindəyəm. İkinci bir tərəfdən, 2000-ci ildə adlar veriləndə siyahıda 50-dən çox adamın adı var idi. Orada Faiq Ağayevin də adı var idi. Yəni məhdudiyyət yox idi. Bu, absurd məsələdir. Ya bu sözlər onun dilindən çıxmayıb, onu başqa cür yozub-yazıblar.

İkinci tərəfdən Mübariz Tağıyevin öz yeri, Cəfər Behbudovun öz yeri var. Onunla o zaman dostluq edirdik, aramızda heç nə yox idi. İndi başa düşmürəm ki, bu nədir? İki dəfə işdən (Azərbaycan Televiziyasının solisti vəzifəsindən - G.X.) ixtisara saldılar, təkrar deyəsən yerinə qayıtdı. Mənə elə gəlir ki, dərinə getməyə dəyməzdi, ya da onun öz dilindən çıxmayıb".
Mübariz Tağıyevin iddiasına görə  Cəfər Behbudov işindən ixtisar olunduğu üçün ölkəni tərk etməli olub: “İşdən ixtisara salmışdılar, ölkəni tərk etməsi işlə bağlı idi, mənə belə gəlir. O vaxtlar qarışıq bir zaman idi. Heç kim bilmirdi ki, nə baş verir. Dəqiq deyə bilmərəm...

Çoxları o zaman qoyub getdilər. Amma həmin vaxtlar biz cəbhə xəttində idik, əsgərlərimizə xidmət edirdik. Yəni burda olmalıydıq...

Məsələni daha dəqiq öyrənmək üçün həmin illərin yazılarına baxmaq lazımdır, onda aydın olar ki, kim nə edib o illərdə. O illərdə Rəşid Behbudov dünyasını dəyişdi, Rafiq Babayev faciəli şəkildə metroda baş verən terrorda həlak oldu. O vaxt estradada bir boşluq yarandı və çoxları sənət aləmindən uzaqlaşdı. Amma şükür ki, mən o illərdə özümü toparlaya bildim, vətənpərvər mahnılar ifa etdim".

C.Behbudovun yaxın dostu olmuş, məşhur bəstəkar Eldar Mansurovun da fikirlərini öyrənməyə çalışdıq. Bəstəkar bu haqda danışmaq istəmədyini bildirdi:

“Ötən gün mən məqalənin müəllifi ilə bu barədə danışıb, öz fikirlərimi bildirmişəm. Artıq danışmaq nəyə lazımdır?”

Behbudovlar ailəsinin də məsələyə münasibətini öyrənməyə çalışsaq da çoxsaylı zənglərimiz cavabsız qaldı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar