Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhurlarımız 2018-ci ili harada qarşılayacaq? - Sorğu


Hər il olduğu kimi bu il də Lent.az müğənnilərin yeni ili harada qeyd edəcəkləri barədə sorğu keçirib


“Məşhurlarımız yeni ili harda qeyd edəcək?” sualına şou-biznes nümayəndələri fərqli cavablar verdilər. Sorğunu təqdim edirik:

Xalq artisti Aygün Kazımova: “Yeni ili evimdə qeyd etməyəcəm. Paytaxtda yerləşən ən prestijli məkanların birində səhnə alacam. Qızım da yanımda olacaq. Çünki bu həyatda məni yaşadan qızımdır. Onsuz bir günüm olmasın”.

Əməkdar artist Tünzalə Ağayeva: “Artıq 10 ildir mən yeni ili səhnədə, səfərlərdə qeyd edirdim. Bu ilk dəfə fərqli seçim etdim. Ailəmlə atam, anamla birgə 2018-i qarşılayacam”.

Əməkdar artist Ədalət Şükürov: “Mən hər cür yeni il keçirmişəm. Düz 3 dəfə suyun altında yeni ili qarşılamışam. Təyyarədə də yeni il keçirmişəm. Amma 1996-1997-ci ildə Maldivdə keçirdiyim yeni ili heç zaman unutmuram. Onun xatirəsi daim mənimlədir. Son 17 ildir, yeni ili səhnədə qarşılayıram. Bu il də səhnədə olacam. Yanvarın 2-3-də isə ailə və yaxın dostlarla bağ evimdə bir araya gələcəyik”.

Müğənni Nadir Qafarzadə: “Yeni ili vətənimdən uzaqda, Moskvada səhnədə qarşılayacam. Müğənnin işi gözəl musiqilərlə insanların zövqünü oxşamaqdı. Dekabrın 31-də Azərbaycandan kənarda yaşayan həmvətənlərimizin qarşısına çıxacağıq, onlar üçün oxuyacağıq. Yanvar ayının ilk günlərində isə Bakıya qayıtmaq məcburiyyətindəyəm. Çünki sevənlərimə təqdim etməyə yeni işlərim var. Gözləsinlər”. 

Müğənni Miri Yusif: “Dekabrın 31-i saat 21:00-da Novxanıda yerləşən otellərin birində səhnə alacam”.

Müğənni Xatirə İslam: “Yeni il günü səhnədə yox, evimdə olacam”.

Müğənni Günay İbrahmli: “Yeni il gününə heç bir tədbir, şənlik təklifini qəbul etmədim”.

Müğənni Rəhim Rəhimli: “Mən də əksər həmkarlarım kimi yeni ili iş başında qarşılayacam. İstirahətə isə təzə ildə yollanacam”.

Müğənni Çinarə Məlikzadə: “Hazırda İsveçdəyik. Elə yeni ili də İsveçdən Finlandiyaya doğru gəmidə qeyd edəcəyik”.

Müğənni Şəbnəm Tovuzlu: “Yenim il günündə çıxış etməyim üçün bir çox təkliflər aldım. Heç bir tədbir götürmədim. Çünki bu il oğlumun ilk yeni ilidir. Ailəmlə 2018-i qarşılayacam. Üzümüzə gələn il özümə yenidən ana olmağı arzu edirəm. Özüm ailədə tək övlad olduğuma görə, istəyirəm, çoxuşaqlı ana olum”.

Müğənni Bahar Lətifqızı: “Dekabrın 31-i günü bir məkandan təklif almışdım, alınmadı. Ona görə də 2018-in ilk günündə ailəmlə, övladlarımla bərabər olacam. Yeni ildə hər kəsə yalnız can sağlığı arzu edirəm. Qalan hər şey zamanla olar”.

Müğənni Nazənin: “Yeni il günü 2 məkana dəvət almışam. Hər ikisində də çıxış edəcəm. Həmin məclisdə mənim əzizlərim, doğmalarım da olacaq. Gecə 23:00-dan sonra isə ailəmin yanında olacağam”.

Müğənni Üzeyir Mehdizadə: “Dekabrın 31-də Türkiyənin Qaziantəp şəhərində konsert verəcəm. Yəni yeni ili öz evimdə qarşılaya bilməyəcəm”.

Müğənni Damla: “Yeni il günü heç bir tədbirə razılıq verməmişəm”.

Müğənni Rəvan Qarayev: “Bayram günlərində çöllərdə olacam (gülür). Yəni biz müğənniyik, pulumuz mahnı oxumaqdan çıxır. Bayram günü səhnədə olacam. Yeni ilin ilk günündə isə qızlarımla gəzintiyə çıxacam. Yəni vaxtımı balalarıma və atamla-anama ayıracam”.

Rəqqasə Fatimə: “Hər il yeni ili səhnədə qarşılayırdım. Amma bu il qərara gəldim ki, 2018-i ailəmlə, doğmalarıma qarşılayım”.

Müğənni Elvin Abdullayev: “Yeni ili şou-proqramlarda, iş başında keçirirəm. Hər il bayramı Yanvarın 1-də qeyd edirəm. Ailəmlə birlikdə Qax, Qəbələ, Quba, Qusar – yəni harada qar yağırsa, ora yollanıram. Bu il seçimimiz Qusar rayonudur. Ailəm və sevdiklərimlə birlikdə olacam. Allah mənə və şansa ehtiyacı olan hər kəsə şans versin. 2018-ci ildə üzümə şans gülsün. Allahın izni ilə yuxarıya doğru qalxmaq lazımdır”.

Müğənni Rahidə Baxışova: “Həmin gün qaçaqaçda olacam. 31-i günü səhnədə olacam. Amma gecə saat 12-də övladlarımın yanına gələcəm”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar