Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhurlardan “Coca-Cola”-nı boykot açıqlaması


Zamin Hacı: ““Coca-Cola” içməkdə davam edirəm və bu boykotu mənasız hərəkət sayıram”; Kənan Rövşənoğlu: “İsrail ordusunu maliyyələşdirən şirkətlərin boykot edilməsi normaldır”; Həmid Herisçi: “Odlu müharibələri kulinariya müstəvisinə keçirməkdə həmişə israrlıdır”


İsrailin Fələstində törətdiyi qətliamlara və bombardmanlara ən sərt etiraz edən ölkələrdən biri də Türkiyədir. Bu ölkədə İsrailə qarşı çeşidli etiraz aksiyaları keçirilib. Bunlardan biri də İsrail məhsullarının boykotu ilə bağlıdır. Türkiyədə bir çox marketlər İsrailə məxsus malları, o cümlədən “Coca-Cola” firmasının içkilərini satmaqdan imtina ediblər.

Türkiyədə sıravi vətəndaşlar da “Coca-Cola”, “Fanta”, “Sprite” içkilərini açıq şəkildə boykot edirlər. Hətta boykot kampaniyası bələdiyyələr səviyyəsinə qaldırılıb. Məsələn. Bursanın İldırım bələdiyyəsi sədri İsmayıl Haqqı Ədəbəli bu barədə şəxsi twitter hesabında yazıb. O, paylaşımında “Coca-Cola” və bütün İsrail məhsullarını bələdiyyə ərazilərində boykot etdiyini açıqlayıb.

Ədəbəlinin bu qərarı ölkənin bir çox yerlərində müsbət qarşılanıb. Bəziləri isə belə bir qərarın bütün Türkiyədə tətbiq olunmasını tələb ediblər.

Bu boykot havasının küləkləri Azərbaycana da gəlib çatır. Düzdür, bizdə “Coca-Cola”nı açıq boykota rast gəlinməyib, amma bəziləri sosial şəbəkələrdə bu məhsulları boykot çağırışı edir. 

Azərbaycanın bir müsəlman ölkəsi olaraq bu cür boykotlara, kampaniyalara qoşulması az təsadüf edilir. Amma yenə də bu məsələnin ölkə insanına necə təsir etdiyini öyrənmək üçün bir neçə ticarət və iaşə obyektində olduq. 

“Ailə” super-marketinin administrativ işçilərindən Yaşar bəy satışda heç bir dəyişikliyin müşahidə olunmadığını söylədi. 

Qeyd edək ki, hazırda əksər marketlərdə yarım litrlik “Coca-Cola” 40 qəpiyə, 1 litrlik 60 qəpiyə, 2 litrlik isə 90 qəpiyə satılır.

Üzəri “Coca-Cola”-nın reklam posterləri ilə örtülmüş “Antep Lahmacun” adlı restoranın işçisi Məhəmməd bəy də Türkiyədə başladılan boykot kampaniyasının Bakıda sözügedən içkilərin satışlarına heç bir təsir göstərmədiyini bildirdi: “Satışlar həmişə necə idisə, indi də elədir. Restorana gələnlərin 80 faizi “Coca-Cola”, “Fanta”, “Sprite” sifariş edir, qalan 20 faiz də ayran içir. Bunların üçü də onsuz eyni şirkətindir. Müştərilər tərəfindən hələ heç bir etiraz olmayıb”.

Bəs bu mövzuda yazarlarımız nə düşünür? Bu günlərdə “Yeni Müsavat” qəzetinin köşə yazarı Zamin Hacı “Coca-Cola” ilə bağlı özünün facebook səhifəsində maraqlı status yazmışdı. Köşə yazarının həmin statusu bu cür idi:
“Boykot edəndə dərindən düşünün 

“Coca Cola”-nın hazırkı prezidenti türkdür - Muxtar Kent. Nyu-Yorkda doğulub, atası Nedcət Kent Türkiyənin baş konsulu işləyib və İkinci Dünya Savaşı zamanı yəhudilərin xilasında rolu olub. Buna görə Nedcət bəyə hətta “türk Şindler” də deyirlər. 
Bunu ona görə xatırlatdım ki, “Coca Cola” və yəhudilər heç zaman heç nəyi unutmurlar. Nə yaxşılığı, nə pisliyi”.

Mövzu ilə bağlı suallarımızı cavablandıran, Z.Hacı hazırda özünün bu içkidən istifadə etdiyini də söylədi:

“Mən “Coca Cola” içirəm, bu boykotu da mənasız hərəkət sayıram. İsrailin Qəzzada adam öldürməsinin, o cümlədən ərəblərin İsrailə raket atmasının bu şirkətə dəxli yoxdur. Ümumiyyətlə, yəhudilərlə ərəblərin davası bizim ermənilərlə davamız kimi bir şeydir. Keçəl bir dərman bilsə məsəli, bizimkilər yaxşı olar öz xarabalarını düzəltsinlər öncə, sonra dünyanın dərdini çəkərik”.

Dini ekspert Kənan Rövşənoğlu da məsələyə münasibətini bildirərək, “Coca Cola”-dan imtina etdiyin söylədi:

“Yerli istehsal sularına keçmişəm. Qeyd edim ki, bu qərar ilk dəfə Türkiyədə elan olunub. Bəzi qruplar iddia edir ki, adıçəkilən məhsulları istehsal edən şirkətlər İsrail dövlətini maliyyələşdirir. Bildiyiniz kimi, İsrail yarandığı gündən bu yana Fələstində günahsız insanlara qarşı soyqırımı törədir. Bir xalqın taleyini qaraldıb. Bu mənada İsrail və İsrail ordusunu maliyyələşdirən şirkətlərin boykot olunması normal addımdır.

Düşünürəm ki, bununla yanaşı həm də Fələstinə yardım kampaniyaları keçirilməlidir. Və bu, bütün müsəlman ölkələrini əhatə etməlidir. Məsələ içkidə deyil, müsəlmanların zora, şərə qarşı münasibətidir”.

“Xalqımız odlu müharibələri kulinariya müstəvisinə keçirməkdə həmişə israrlıdır”- deyən, yazıçı Həmid Herisçi isə “Yeni Müsavat”a mövzuyla bağlı bunları söylədi:
“Ermənilərlə sanki Qarabağ uğrunda deyil, dolma üstündə müharibə aparırıq. Qərblə ideoloji müharibədə də deyəsən elə həmin cığırdan başlamaq niyyətindəyik. Mənə gəldikdə isə bu yad içkilərlə heç vaxt ağzımın dadını dəyişmək fikrində olmamışam. Çöllərdə susuz qaldığım vaxtlar belə bu içkilərə rast gəldikdə üzümə sevinc ifadəsi qonmayıb.

Odlu müharibəni musiqi səhnəsinə transfer edib, ermənilərlə “Sarı gəlin” üstündə də müharibə edərik. Təki, əsl döyüş meydanlarında düşmənlə üz-üzə gəlməyək. İstəyirik kulinarlarımız, müğənnilərimiz əsgər olsun. Övladlarımız yox. Bu da elə həmin məsələdi...” (musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar