Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur “öpüşən cütlük“ kimdir?


Fotonun tarixçəsi


Bakının mərkəzində, hamının “Tarqovı” deyə tanıdığı Nizami küçəsində gənc oğlanın sevdiyi xanımı öpərək ona evlilik təklifi etməsi sosial şəbəkələrdə günün mövzusuna çevrilib.

PİA.AZ az.azvision.az-a istinadən xəbər verir ki, Azərbaycanda ilk dəfə idi ki, bir bəy sevdiyi xanımı hamının gözü önündə öpüb şəkil çəkdirir və bunu ictimailəşdirirdi.

Sözsüz ki, bu görüntülər hamı tərəfindən alqışla qarşılanmadı. Bunun ayıb, milli mentalitetə zidd hərəkət olduğunu düşünənlər də az deyildi.

Sözügedən fotonun müəllifi Ayxan Salahov bildirib ki, fotonun insanlar tərəfindən bəyəniləcəyi əvvəldən bəlli idi.

Fotonun əsas qəhrəmanları Sergey və Samira adlı cütlükdür.

“Sergeylə Samiranın fotosunu həm müsbət, həm də mənfi qiymətləndirənlər oldu. Hər kəsin öz düşüncəsi var, amma etikadan kənara çıxmaq olmaz. Peşman deyiləm, əksinə, şadam ki, hər kəs bu gün məndən danışır. Mən öz bildiyimi etdim. Bəyənənlərin çox olacağını gözləyirdim və bu da oldu”.

Filosof Niyazi Mehdi isə hesab edir ki, hər kəsin bu görüntünü normal qarşılamamaq haqqı var, amma bu o demək deyil ki, başqasının seçiminə müdaxilə etmək olar.

“Bu fotodakı görüntünü ayıb saymıram. Müasir dünyada bu, geniş yayılan bir şeydir və Azərbaycanda da qaçılmazdır. Amma bir məsələ var. Kimsə pis baxırsa, onda həmin fotoya baxmasın. O adamların haqqı var ki, öz sevgilərini o cür bildirsinlər, kimin xoşuna gəlmirsə, üzünü çevirsin. Mən özümçün aydınlaşdırmamışam, bəlkə də mənim də xoşuma gəlməzdi?! Amma bu o demək deyil ki, onlara yol vermək lazım deyil. Bizdə adətən nəyisə bəyənməməklə, onun haqqına qarışmağı qarışdırırlar" - deyə filosof qeyd edib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar