Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur voleybol komandamız iflas təhlükəsi qarşısında

Ölkəmizdə olan iqtisadi böhran hər sahəyə təsir edir. Gəlirlərin azalması, büdcənin sıxıntıya düşməsi xərclərin məcburi şəkildə azaldılmasına səbəb olub. Manatın ucuzlaşması artıq idman sahəsinə də öz təsirini göstərir


Musavat.com xəbər verir ki, "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin 2011-ci ildə yaratdığı və paytaxt Bakını təmsil edən "Azəryol" voleybol klubu bağlanır. Bu haqda saytımıza etibarlı mənbədən məlumat veriblər.

Məlumata görə, klubun bağlanma səbəbi sponsorlarla bağlıdır. Belə ki, sponsorlar yaşanan maddi sıxıntılara görə kluba dəstək olmaqdan vaz keçiblər. Bu da klubun bağlanmağa doğru getməsinə səbəb olub. Hətta klub daxilində maaş probemi olduğu üçün ixtisarların edildiyi də bildirilir.

Sezonun sonuna qədər bir yolla ayaqda qalmağa çalışan klubun mövsümün sonunda rəsmi olaraq qapandığını elan edə biləcəyi vurğulanır.

Qeyd edək ki, "Azəryol" voleybol üzrə Azərbaycan Superliqasında ilk dəfə 2011-12 mövsümündə iştirak edib və altıncı yeri tutaraq, Avropa arenasına çıxmaq şansını itirib. 2012-ci ildə "Bakı" voleybol klubu ilə birləşərək, "Azəryol-Bakı" adını alıb. "Azərreyl Bakı" klubu ilə razılaşmaya əsasən bu klubun 2-ci komandası kimi fəaliyyət göstərməyə başlayıb. 

2013-14 mövsümündən etibarən isə "Azəryol" əsas komanda, "Azərreyl" isə əlavə komanda kimi tanınmağa başladı. Çünki "Azərreyl"in bütün əsas voleybolçuları "Azəryol"a transfer olunub və "Azərreyl"in 2012-13 mövsümündə əldə etdiyi Voleybol üzrə Çempionlar Liqasına vəsiqə də "Azəryol"a verildi və klub Azərbaycanı Çempionlar Liqasında təmsil edən 4-cü klub kimi tarixə düşüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar