Xəbər xətti

25 MAY

0:58 Zaxarova: “Ukrayna yeni siyasi senzura tətbiq edir”

0:46 Alpinistlər həmkarlarının öldüyü yeri ziyarət etdi

0:31 Xəzərdə tapılmış meyitlərin kimliyi məlum olub

0:27 AVRO-2020: Bakıda keçiriləcək oyunların vaxtı açıqlanıb

0:13 Dünyanın ən bahalı brendi açıqlandı

0:03 Bu gün bürcünüz nələr vəd edir?

24 MAY

23:55 Gəncə sakini bıçaqlanıb

23:41 Zərərli məhsulların reklamına məhdudiyyət qoyula bilərmi?

23:38 Ərdoğandan Qarabağla bağlı addım

23:11 Məşhur repçi həbs olundu

23:03 BAXCP sədri: “KQB bəzi ziyalılarımızı agent etmişdi”

22:58 Azərbaycanda qızıl bahalaşıb

22:44 Paşinyan aclıq elan etmiş müxalifətçi ilə görüşdü

22:37 Britaniya qadın casusların sayını artırır

22:26 BP-nin rəhbəri: “Neftin qiyməti 100 dollara çatmayacaq”

22:11 “WhatsApp”da xəta

22:07 Ramazanın 9-cu gününün duası

21:52 İftardan sonra bunu çox etməyin

21:49 İngiltərə klubu baş məşqçisi ilə müqavilənin müddətini uzadıb

21:26 ABŞ “Tomohawk”ın istehsalını dayandırır

21:25 Ələkbərovun oğlu “Rusiyanın ən varlı varisi” oldu

21:13 Ağstafada yol qəzası: yaralılar var

21:04 Sərnişin təyyarəsini Rusiyanın vurduğu dəqiqləşdi

20:52 BƏƏ liderindən İlham Əliyevə məktub

20:49 Ərdoğan regionla bağlı planlarını açıqladı

20:33 Çemponlar Liqasının final oyunu İstanbulda keçiriləcək

20:28 İlham Əliyev İordaniya kralını təbrik edib

20:16 “Qarabağ” 9 futbolçu ilə yollarını ayırdı

20:07 Maradona: “Bu sistemlə 1930-cu ildə oynayırdılar”

20:07 Maradona: “Bu sistemlə 1930-cu ildə oynayırdılar”

19:56 ABŞ İran və Türkiyəyə qarşı sanksiyalar qəbul edib

19:55 Azərbaycana xaricdən pul köçürmələri 45% artıb

19:51 İraq lideri İlham Əliyevə məktub göndərdi

19:47 NATO generalları ordumuzun təlimini izləyib

19:44 Arda Turanın cəzası azaldılıb

19:40 Hindistanda qarşıdurma: 13 ölü, 70 yaralı

19:36 Azərbaycanda avtomobillər kəskin bahalaşdı

19:31 “Bu, Azərbaycanın humanist ölkə olmasının sübutudur”

19:28 Azərbaycanda sürücülük vəsiqələri ilə bağlı yenilik

19:24 TAP-ın prezidenti Azərbaycana gələcək

19:19 Çin lideri İlham Əliyevi təbrik edib

19:15 Dünya çempionatının rəsmi mahnısını onlar oxuyacaqlar

19:11 Siyəzəndə intihar hadisəsi baş verib

19:06 Ukraynanın sanksiya tətbiq etdiyi Rusiya mətbu orqanları - Adlar

19:01 Aslan İsmayılovun barəsində cinayət işi icraata götürüldü

18:57 Dmitri Roqozinə vəzifə verildi

18:53 Prezident İlham Əliyev: “Bu il 20 min köçkün yeni mənzillərlə təmin ediləcək”

18:48 Azərbaycanda dollarla valyuta əməliyyatlarının dəyəri artıb

18:44 Ştaynmayerdən İlham Əliyevə təbrik

18:39 Faiq Ağayevdən rejissora etiraz

18:35 Tramp Şimali Koreya lideri ilə görüşü ləğv edib

18:31 İcra hakimiyyətinin şöbə müdiri həbs edildi

18:27 Xəzərdə iki nəfərin meyiti tapılıb

18:23 Nazarbayevdən İlham Əliyevə təbrik

18:20 Əfv siyahısında 41 əcnəbi, 3 vətəndaşlığı olmayan şəxs var

18:16 İlham Əliyev yol tikintisinə pul ayırdı

18:12 16 qadın əfvə düşdü - Siyahı

18:08 Saday Şəkərli azadlığa buraxıldı

18:04 İlham Əliyev sahibkarları mükafatlandırdı - Siyahı

18:00 Müəllimlərin diaqnostik qiymətləndirməsində 20 min nəfər iştirak edəcək

17:55 Ukrayna Rusiyanın dövlət xəbər agentliklərini blokladı

17:49 “Rəhim şeytandır” - Kərim

17:44 İnterpolun axtardığı Azərbaycan vətəndaşı Ukraynada saxlanıldı

17:42 “…acgöz müdirlər”- Baş redaktorlara tərs şapalaq

17:35 “Fransa xarici işlər nazirinin səfəri AXC-nin 100 illiyinə töhfədir”

17:30 “Kontakt Home”da böyük fırıldaq – Oxuyun ki, aldanmayasınız

17:29 İqtisadçılar 200 manatlıq əskinasların dövriyyəyə buraxılmasını tənqid edir

17:25 FHN Xəzərdə iki nəfərin meyitinin tapılması haqda açıqlama verib

17:20 BVF: “Ermənistan Cənubi Qafqazda ən yoxsul ölkədir”

17:14 “Oğlumu bağrıma basmaq istəyirəm”

17:08 Şimali Koreya “Phunqeri” nüvə poliqonunu söküb

17:03 Rusiyada demokratik institutlar tamamilə məhv edilir

16:58 Çempionlar Liqasının finalı yenidən İstanbulda keçiriləcək

16:53 Türkiyə XİN-dən Afinaya sərt cavab

16:46 Bakı və Buxarest arasında birbaşa aviareyslər açıla bilər

16:40 Prezidentin əfv etdiyi siyasi dustaqlar bunlardır - Adlar

16:33 “Leyli və Məcnun” 100 illiyi qeyd olunub

16:27 İlin sonunadək evlə təmin olunmuş məcburi köçkünlərin sayı 285 minə çatacaq

16:20 “Qarabağ” 9 futbolçu ilə vidalaşdı

16:15 “Varlı ailələrin “debil” uşaqları…” – Deputatdan sərt sözlər

16:10 Vahid Ələkbərovun oğlunu Rusiyanın ən varlı varisi elan etdilər

16:09 Prezident əfv sərəncamı imzaldı: 634 nəfərə şamil olunan siyahı - Yeniləndi

16:04 Nəqliyyat naziri bir telefon zənginə görə istefa verdi

16:00 200 manatlıq əskinaslar: Elmar Rüstəmovun piar kampaniyası, yoxsa...

15:58 “Azərbaycan xalqı əmindir ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik”

15:53 Abramoviç İsrail vətəndaşlığı alır

15:48 Cümhuriyyətin şərəfinə adı Müsavat qoyulan böyük Azərbaycan şairi

15:43 Rusiya Müdafiə Nazirliyinin generalı həbs olunub

15:37 Xəzərdə içində meyitlər olan qayıq aşkarlandı - Yenilənib

15:33 FİFA millimizin oyunlarını tanımır

15:28 Türkiyədə hərbi konvoya hücum - Hərbçilər həlak oldu

15:23 Prezident Lökbatan-Qobu avtomobil yolunun açılışında iştirak edib

15:16 Dəşkəsəndə yük maşını çaya düşdü

15:11 “Grand” Hospital adını niyə dəyişdi? – “Rebrendinq”in pərdəarxası

15:05 Səbaildə Cümhuriyyətin yubileyihə həsr olunmuş elmi konfrans keçirilib

15:00 Hakim partiya 140 meqalayihə reallaşdıracaq

14:54 “Malayziya təyyarəsi Rusiya ordusuna aid raketlə vurulub”

14:50 “Onu yerə yıxıb, üstünə oturdum…” – Məktəb direktoru

14:45 Nərimanovda maarifləndirilmə işinin aparılması təlimi keçirilib

14:39 Təhsil naziri: “Azyaşlı şagirdlərin yükü azaldılacaq”

14:35 Aleksey Kudrin: “Neft 50 dollara qədər ucuzlaşacaq”

14:30 Milli Şuranın 28 mayda mitinq keçirməsinə razılıq verilmədi

14:25 “Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq”

14:05 Sorosa bağlı şəxslər Ermənistanda vəzifələrə gətirilir - Rusiyanın mövqeyi nə olacaq?

13:49 “Ümumi təhsil haqqında” qanun hazırlanır

13:48 Ukrayna prezidenti ilə bağlı qalmaqal böyüyür

13:44 Uşakov: “Putinlə Trampın görüşünə hazırlıq aparılmır”

13:39 Təhsil naziri: “Bakı məktəblərində 10 faiz sıxlıq var”

13:34 Ronaldinyo eyni anda iki qızla evlənir - Foto

13:29 Bakının mərkəzi küçələrində hərəkət məhdudlaşdırılacaq

13:25 Cümhuriyyətin 100 yaşlı bayrağı Bakıya gətirildi

13:21 Durğun hava diskomfort hissi yaradacaq

13:17 “Əkrəm Əylisliyə qarşı yumşaq davrandıq deyə, Rüstəm İbrahimbəyov...”

13:12 Məhşur futbolçu 9 milyon avro cərimələnib

13:07 Bakıda avtomobil hasara çırpılıb, ölən və xəsarət alan var

13:02 İlham Əliyev və xanımı məcburi köçkünlər üçün salınan yaşayış kompleksinin açılışında iştirak edib

12:57 Korrupsiya pullarını kazinolar üzərindən “yuyan” yüksək vəzifəli Azərbaycan məmurları

12:52 Avropa İttifaqı 2019-da Türkiyəyə əlavə yardım ayıracaq - 1,5 milyard avro

12:48 Oğlu olmayıb, xanımından isə ayrılıb - Azərin yalanı

12:43 Şou aləmində qalmaqal yenidən alovlandı



MÜSAHİBƏ

...

Məşhur ürək cərrahı: “Psixoloq yanına gedirəm”

Tarix 29.01.18, 11:54

Font ölçüsü : - / +
bitmap-img6

Milli Məclisin deputatı, tanınmış ürək-damar cərrahı, Rəşad Mahmudov Modern.az saytının suallarını cavablandırıb


PİA.AZ həmin söhbəti təqdim edir.

- Rəşad müəllim, görürük ki, işiniz çoxdur, xəstə qəbulları çox olur, yəqin buna görə gərginsiniz. Amma müsahibəyə giriş üçün bu sualı verək: Necəsiniz?

- Çox sağ olun, yaxşıyıq. Allah həmişə hamını yaxşı eləsin!

- Deputatlıq və həkimlik fəaliyyəti – ikisini bir yerdə necə çatdırırsınız?

- Həkimlik sənətimizdir. Hər bir insana həyatda Allah-Təala tərəfindən verilən missiya var. Bu missiya içində həkimlik sənəti mənim həyatımın ayrılmaz hissəsinə çevrilib. Bir insan sənətini həyatının ayrılmaz parçası hesab edirsə, onun içərisində olduğu müddətdə özünü daha rahat hiss edər.

Bu nöqteyi-nəzərdən ürək cərrahiyyəsi nə qədər riskli və məsuliyyətli olsa da, biz sənətimizi sevirik. Bizim sənətimiz sənətlər içərisində həyəcanı, çətinliyi və məsuliyyəti bir az çox olandır. Buna baxmayaraq artıq 22-23 il öyrəşmiş olduğum həyatın içərisində zövqlə bu işi görə bilirəm. Bununla da fəxr edirəm.

- Nə qədər peşənizi sevsəniz də, risklər, çətinliklər özü ilə narahatlıq da gətirir. Sizin əsas narahatlıqlarınız nədir?

- Nə qədər fiziki və zehni yorğunluq içərisində olsaq da, xəstə yaxşı olduğu müddətdə özünü rahat hiss edirsən. Xəstənin ağırlığı, xəstədə problemlərin olması, bəzən onlara kömək edə bilməmək həkimlik sənəti üçün ən ağrılı məqamlardan biridir. Bu insanın üzərinə böyük yük gətirir, psixoloji olaraq bizi çətinliyə salır. Amma şükürlər olsun ki, bizim sənətin hər nə qədər çətin tərəfləri olsa da, dünya statistikasına görə 98 faizə qədər xəstələrdən gözəl nəticə almaq olur. Bu da bütün narahatlığımıza ən gözəl dərmandır.

- Kömək edə bilməmək... Həmişə həkimləri təqsirləndirirlər, amma başqa səbəblər də ola bilər. İstərdik bu səbəblərdən danışasınız. Niyə kömək edə bilmirsiniz? Bu, tibbi avadanlıqların olmamasından, səhiyyəmizin problemlərindən doğur?

- Kömək edə bilməmək hansısa aparatın olmaması deyil. Bu gün dünyada, səhiyyəsi ən inkişaf etmiş Avropa və Amerikada belə ölümün əsas səbəbi ürək-damar xəstəlikləri ilə bağlıdır. Əgər texnologiya bu işi həll edirdisə, bu problem sıfırlanmalı idi. Bu, xəstəliyin özünün ağırlıq dərəcəsinə bağlı olan şeylərdir. Bir həqiqəti etiraf edək. Ölkəmizdə texnologiya tərəfindən əskik olan heç bir şey yoxdur. Lakin texnologiya ilə yanaşı insan resurslarının gücünü daha da yüksəltmək lazımdır. İnsan bacarığı, insan təcrübəsi də önəmlidir. Şəxslər deyil, komandalar güclənməlidir, dünyada var olan bilgilərin üzərində davamlı şəkildə işlənməlidir.

Şükürlər olsun ki, mübarizə apardığımız xəstəliklərin böyük bir hissəsi uğurla nəticələnir. Bu da tibbin bugünkü inkişafı və bizə verdiyi imkanlar daxilində mümkündür.

- 22 ildir həkimlik fəaliyyəti ilə məşğulsunuz, bəs necə oldu ki, deputat olmaq qərarına gəldiniz?

- Deputatlıq fəaliyyəti mənim üçün yeni bir şey idi. Sənətimlə deputatlıq arasında müqayisə aparmaq bir qədər çətindir. Amma bunların bir-birinə bənzər də çox tərəfləri var.

Bu günə qədər ölkəmizdə ürək-damar xəstəlikləri üzrə mütəxəssislərin həm Naxçıvanda, həm digər regionlarda hazırlanmasında düşünürəm ki, az da olsa uğurlar qazanmışıq. Xəstəxanalarda gülərüzlü insan resurslarının yaradılması da yaxşı haldır. Həkimlik sənəti insana xidmət sahəsi  olduğuna görə, burada gülərüzlü və yüksək peşəkar insanların olması çox vacibdir. İşlərimiz davam edir, bununla yanaşı deputatlıq fəaliyyəti də həyatımda ən şərəfli illərdən biridir. Öz sənətimlə nə qədər qürur duyuramsa, deputatlıq fəaliyyətimlə də bir o qədər qürur duyuram. Deputatlıq fəaliyyətimdə aldığım enerji həkimlik işimi daha da həvəslə yerinə yetirməyə vadar edir. Eləcə də həkimlik fəaliyyətimdən almış olduğum enerji deputatlıq işimə öz müsbət təsirini göstərir.  Bu ikisini birlikdə tətbiq etmək təbii ki, psixoloji və zehni yüklər də gətirir. Yaşımızdan ötrü düşünürəm ki, Allahın verdiyi imkanlar daxilində bunların hər birini optimal şəkildə yerinə yetirməyə çalışıram.

- Parlamentdən aldığınız enerjinin bir qismini seçicilərinizə yönəldirsiniz. Deputatı olduğunuz Astara seçicilərinin problemi nədir? Onlar ən çox nədən şikayət edirlər?

- Son 3-5 ildir dünyanın üstünü almış qara bulud hər bir regiona, dövlətə təsir edir. Eləcə də Azərbaycana. Dünyada olan siyasi gərginliklərlə birlikdə iqtisadi gərginliklər də artmağa başladı. Bunlar hər bir ölkəyə və həmin ölkələrin vətəndaşlarına təsir edir. Mən sənətim etibarı ilə hər gün hər bölgədən olan insanlarla qarşı-qarşıyayam. Düşünmürəm ki, Astara regionu ilə digərləri arasında problem baxımından fərqlər olsun. Bu gün problemi olan insanlar əsasən işsizlikdən əziyyət çəkənlərdir. Onların sosial, səhiyyə problemlərinin həlli istiqamətində işlər aparılır. Bunu həll etmək dövlətimizin imkanları daxilindədir. Var olan qanunlar çərçivəsində səhiyyə problemi olan insanlara yardım etmək mənim üçün daha asandır. Boşluqları qapatmaqdan ötrü  xəstələr üçün əlçatanlılığı təmin etməyə çalışırıq.

Biz insanlara zamanında cavabların verilməsində maraqlıyıq. Mənə görə insanların şikayətlərinin çoxu onların müraciətlərinə vaxtında baxılıb-baxılmaması ilə bağlıdır. Anında reaksiya vermək çox vacibdir. Bəzən problemin həlli belə olmursa, bunu doğru şəkildə seçiciyə çatdırmağın özü də yaxşı haldır. Seçici özü də sənə təşəkkür edir və “nə gözəl ki, məni bilgiləndirdin, başa düşdüm” deyir.

- Dünyada və dünyanın bir parçası olan Azərbaycanda ürək xəstəlikləri artır. Gəlin, səbəblərindən söz açaq. Nədir axı ürək problemlərinə “stimul” verən amillər?

- Sadəcə çox geridə qalmış ölkələrdə ürək xəstəlikləri ikinci sıraya düşür. Çünki belə ölkələrdə insanların çoxu ürək xəstəlikləri qazanmadan başqa səbəblərdən həyatlarını itirir. İnkişaf etməkdə olan və inkişaf etmiş ölkələrdə birmənalı olaraq ürək-damar sistemi xəstəlikləri ölüm və əlilliyə səbəb olur. İkinci sırada isə onkoloji xəstəliklər gəlir, üçüncüdə isə digər xəstəliklər. Ürək-damar xəstəliklərinin artmasına səbəb olan amillər var. İllər keçdikcə, insanlar hərəkətdən uzaq həyat tərzi ilə yaşayırlar. İkincisi stress faktorudur. Stress təkcə almış olduğun məlumatın səndə yaradacağı həyəcan deyil. Stress həm də beyinə normadan çox informasiyanın daxil olmasıdır. 10-15 il bundan qabaq internetin olmaması bəlkə də insan sağlamlığı üçün ən faydalı şeylərdən biri idi. Bu gün isə hamı üçün əlçatan olan internet əsl stress qaynağıdır. Çünki biz bəzən lazım olmayan informasiyalar və onun həyəcanları ilə yüklənirik. Dünyada digər ən böyük problem qida çatışmazlığıdır. Qida çatışmazlığının həlli yönündə aparılan islahatlar daha çox süni və geni modifikasiya olunmuş məhsulları ön plana çıxarmaqla reallaşır. Bu da dünyada ürək-damar xəstəliklərinin gedişatına təsir edən amillərdən biridir.

Lakin tibbin imkanları artdıqca, bu xəstəliklərə qarşı mübarizədə uğurlar da qazanılır. Bu xəstəliklərə qarşı mübarizədə uğur olmasaydı, bu gün orta ömür 100 il içərisində 35-dən 75-80-ə yaxınlaşmazdı.

Gəlin, digər bir amilə diqqət çəkək. İnsan ömrü artdıqca, sağlamlıqda olan problemlərin də sayı artır. Əvvəllər bu problemi orta ömür 50 yaş olanda insanlarda çox az görürdük. İnsan yaşlandıqca problemləri çoxalır. Bu nisbi artım xəstəliyin çoxalması deyil.  Sadəcə insanın ömrü uzanıb. Yaşlı populyasiya dünyada artır, gənc populyasiya azalır. Yaşlı populyasiya ilə birlikdə xəstə sayının statistik dəyəri yüksəlir.

- Rəşad müəllim, aktiv həyat tərzi keçirib, gündəlik idmanla məşğul olanlar içərisində də ürəkdən vəfat edənlər olur. Söhbət aktiv həyat tərzindən gedirsə, o zaman belələri, hətta idmançılar niyə ürək tutmasından ölürlər?

- Çox maraqlı bir məqama toxundunuz. Əslində xəstəliyin çoxalmasının səbəbi risk faktorlarından əlavə onun üzəçıxarılma imkanlarının artmasından da ortaya çıxır. Əvvəllər bunların çoxundan xəbərimiz yox idi. Əvvəllər diaqnoz qoyulmadığına görə ani ölümlər olurdu və bu dünya statistikasında bir gün görsənirdi. Bu mənada 10-15 il əvvəllə müqayisədə diaqnostikanın və müalicənin imkanları 7-8 dəfə artıb.

İdmançılara gəlincə. Tam sağlam adamın ani ürək problemi olursa, bunun altında genetik xəstəlik faktoru dayanır. Avropada kimsə uşaq yaşlarından idmançı həyatına başlayırsa, o, xüsusi analizlərdən keçirilir və genetik analizlər aparılır. Bu gün 10 yaşında bir uşaq professional idman həyatına başlayacaqsa, o, analizə gedir. Onun ürəyində ola biləcək problemlər, risklər öyrənilir. Və yüksək idman hərəkətləri zamanı onun ürəyinin dözümlülüyü ilə əlaqədar testlər həyata keçirilir.

- Bəs bizdə niyə həyata keçirilmir?

- Bununla bağlı xüsusi məlumatım yoxdur. Bunu daha çox idmanla əlaqəli assosiasiyalar, qurumlar cavablandıra bilər. Genetik testlər vasitəsi ilə insanın idmanda qazanacağı uğurların dərəcəsi belə ortaya çıxarıla bilir. İnsan genomu tam açılandan sonra bunlarla bağlı da uğurlar əldə edilib. Genetik testlə müəyyən olunur ki, uşaq 20 yaşından sonra ciddi şəkildə neqativə gedəcək və ya əksinə.

Yəqin ki, bizdə də bununla bağlı görülən işlər var. Azərbaycan cənab prezidentin  idmana göstərdiyi diqqət sayəsində çox böyük uğurlar qazanıb. Bunun gələcək planlarının daha sağlam şəkildə qurulması üçün professionallar tərəfindən həmin prosedurlar sistemli şəkildə tətbiq olunmalıdır.

- El arasında çox eşidirik ki, qadınlardan çox kişilər infarkt olurlar. Belə əsaslandırırlar ki, qadınlar daha çox ağladığına görə, mənəvi aləmlərindəki problemləri azalda bilirlər, kişilər isə yox. İnfarkt nisbəti ilə bağlı fikirlərinizi almaq istərdik: Qadınlarda çoxdur, yoxsa kişilərdə?

- Qadınlarla kişilər arasında ciddi fərqlər var. Təbii ki, qadınlar menopoza girənə qədər. Yəni menopoza girənə qədər qadınlarda estrogen deyilən maddənin birmənalı olaraq ürək-damar xəstəliklərinə qarşı qoruyucu hormon olduğu bilinir. 50-55 yaşlarına qədər qadınlarda infarkt olma riski kişilərə nisbətən dəfələrlə aşağıdır. Ancaq 55 yaşlarından sonra qadınlarda estrogen hormonları azalmağa başlayır. Bundan sonra infarkt riski də çoxalmağa başlayır. 65 yaşda isə qadınlarla kişilərin infarkt olma riski bərabərə gəlib çıxır.

- Cəmiyyətdə, mediada Azərbaycandakı ürək əməliyyatların çox baha olması ilə bağlı fikirlər səslənir. Sizcə, dünya təcrübəsi ilə müqayisədə bahadırmı?

- Sadəcə bir hadisə, bir ölkə üzərindən fikirlər yürütmək doğru deyil. Yüksək texnologiyalı istənilən əməliyyatlarla bağlı ölkələrdəki statistikalara baxmaq lazımdır. Bu gün kriteriya, texnoloji imkanlar olaraq Avropanın ən güclü xəstəxanalarından bir addım belə geri qalmayacaq gücə sahib olan xəstəxanalarımız var. Bu gün Avropanın dövlət xəstəxanalarında və ya özəl xəstəxanalarda sığorta şirkətləri tərəfindən ödənilən maliyyəyə baxdığımız zaman görərik ki, qiymətlər Azərbaycandan dəfələrlə yüksəkdir. İnsanlarda bəzən belə düşüncə yaranır: Avropadır, ona görə bahadır. Xeyr, belə deyil. Avropa bir qəpiyini belə, lazımsız yerə dövlət sığortasından xərclətməz.

Xərclər, vergilər, ən yüksək texnologiyalı avadanlıqların, materialların istifadə olunması, tibb personalının davamlı üzərində işləmək imkanı, onların sosial problemləri istiqamətində normal əməkhaqqı sisteminin qurulması, bütün bunlara görə vergilərin verilməsi... Avropada belədir. Xəstəxanalar ciddi bir şəkildə yüksək xərc tələb edən və bahalı avadanlıqların olduğu yerlərdir. Yüksək servis xidməti istəyən xərclər üst-üstə qoyduğumuz zaman düşünürəm ki, Azərbaycanda var olan qiymətlər yüksək deyil.

Bu həftə ərzində Avropanın, İsrailin tibb assosiasiyalarının rəhbərləri Bakıya gələcək. 2018-ci ildə 50 ölkənin iştirakı ilə Avropa Tibb Assosiasiyaların Forumunun Azərbaycanda keçirilməsinə nail olacağıq. Bu mövzuda Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman müəllimlə və səhiyyə naziri cənab Oqtay Şirəliyevlə müzakirələr aparılacaq.

Bu gün qiymətin bahalılığından çox xidmətin əlçatanlılığından söhbət getməlidir. Optimal inkişafın qarşısını almayacaq və inkişafa təkan verə biləcək sığorta sistemi olmalıdır. Dövlətimiz də hazırda bunun üzərində çalışır. Bu sistem tətbiq olunandan sonra xəstə üçün tibbi xidmətin bahalı olub-olmamasının önəmi olmayacaq. Sığortalı olmayan bir xəstənin gedib özünün ödəmə etməsi çətinliklər yaradır.

Azərbaycanda xidmətə görə qiymətlər ucuzdur. Eyni xidmətin məbləği İstanbulda, Avropanın istənilən mərkəzində dəfələrlə bahadır. Bu gün ölkədə anjuqrafiyanın qiyməti 300-600 manat arasında dəyişir. Bu da ortalama olaraq 300 dolların altındakı rəqəmlərdir. Bu, Avropada 2-3 min dollardır və 12 min dollara qədər dəyişir.

- Azərbaycanda ürək-damar xəstəliklərindən ən çox hansı region əziyyət çəkir?

- 2 cür bilgi var: təcrübə ilə əldə olunan və elmi əsaslara dayanan bilgi. Elmi əsaslara söykənən bilgidə elmin altında doğru hesablamalar aparılmalıdır. Doğru bir şəkildə bütün parametrlərə biçilmiş düzgün statistika aparılmalıdır. Bu gün ölkə içərisində siz dediyiniz mövzu ilə bağlı geniş tədqiqatın aparıldığının şahidi deyiləm. Şəxsi düşüncəmə görə isə bölgələr arasında çox böyük bir fərq yoxdur. Ürək-damar xəstəliklərinin sayında demək olar ki, bərabərlik var. Amma xüsusiyyətlərində fərqlilik mövcuddur.

Mən Naxçıvanda bu günə qədər xeyli sayda açıq ürək əməliyyatı etmişəm. Naxçıvan dəniz səviyyəsindən yüksək olduğuna və atmosfer təzyiqi aşağı olduğuna görə, buranın insanlarında ürək damarlarının keyfiyyəti daha yaxşı görünür. Tibbi olaraq bunun izahı var. Dağlıq yerlərdə bu hal normaldır.

- Cəmiyyətdə səhiyyəyə olan münasibət birmənalı deyil. Bəzən səhv bəlkə də pasientdə olur, bu, öz yerində. Bəs həkimlərimiz necə, məsuliyyətlidirmi?

- Çox dolğun və uzun cavab tələb edən bir məsələyə toxundunuz. Heç bir zaman düşüncələr və fikirlər birtərəfli ola bilməz. Əgər biz bu gün səhiyyəyə qarşı olan düşüncələri əsas götürsək, bununla problemləri həll etmək olmaz. Səhiyyədəki hər şeyi qara kimi göstərdiyimiz zaman da problemdən çıxış yolu tapa bilmərik. Bunlar düşünən beyinlərin oturub müzakirə aparması ilə həll olunan məsələlərdir. Amma bu gün işin təməlində insanların tibbə əlçatanlığı olmalıdır. Tibbi sığorta olduqdan sonra avtomatik şəkildə münasibətlər tənzimlənəcək. Xəstəxana “bir ödəmə olmayacaq” deyə dərd çəkmir, xəstə də ödəmə edə bilməmək problemini düşünmür. İşin bu mərhələsinə gələndən sonra tibb təhsili güclü olmalıdır. Bir reallığı qəbul edək. Azərbaycanda 1980-ci illərdən sonra, 2000-ci ilə qədər olan müddət içərisində tibb təhsilində çox ciddi əskikliklər oldu. Daha sonra islahatlarla birlikdə yeniliklər qazandıq. Lakin vaxtında buraxılan boşluqların izlərini bu gün hiss etməliyik. Hiss etməsək,  o  zaman biz inanmayacağıq ki, indi gördüyümüz işlər 10-15 il sonra nəticə verəcək.

Əsas mövzu tibb sahəsi üzrə diplom almaq deyil. Diplomdan sonrakı təhsilin doğru davamlılığını saxlamaq lazımdır. Ölkəmiz üçün ən aktual məsələlərdən biri həkimlərlə birlikdə tibb bacıları və tibb qardaşlarının hazırlanması ilə əlaqədar islahatları daha da gücləndirməkdir. Çünki xidmətin əsas yükü onların üzərindədir.

Azərbaycanda 2011-ci ilə qədər rezidentura proqramının olmaması ölkə səhiyyəsi üçün böyük deffekt idi. Bu, postsovet məkanı üçün xarakterik idi. 6 il tibb təhsili olan birini 1 illik kursla, internatura ilə həkim etmək dünyada uzun illərdir qəbul olunmayan məsələdir. Biz isə rezidenturanı 7-8 il bundan qabaq tətbiq etməyə başladıq, problemdən qurtulduq. Bu islahatların təsirini ölkə vətəndaşları önümüzdəki illərdə daha ciddi bir şəkildə hiss edəcək.

- Rəşad müəllim, bilirik ki, belə bir hüquqi öhdəliyiniz yoxdur, bu, mənəvi məsələdir. Pulsuz əməliyyatlar etmisinizmi?

- Əslində, dünyada pulsuz əməliyyat deyilən bir şey yoxdur. Dünyada pulun, ödəmənin kim tərəfindən edildiyi əməliyyatlar var. Yəni vətəndaş gəlib ABŞ-da əməliyyat olunur, ödəmə etmir. Lakin bu, o demək deyil ki, həmin əməliyyat pulsuz oldu. Həmin pul sığorta şirkəti tərəfindən, hansısa fond, xeyriyyə cəmiyyəti tərəfindən ödənilir.

Bizdə isə insanları bir şey çaşdırır. Elə bilirlər ki, dünyanın hansısa yerində pulsuz səhiyyə var. Dünyada pulsuz səhiyyə deyilən bir şey yoxdur. Ümumiyyətlə, bu kəlmənin terminologiyasında problem var. Dünyada pulun kim tərəfindən verildiyi səhiyyə var.

Heydər Əliyev Fondunun və Dövlət Neft Şirkətinin dəstəyi ilə minlərlə insan üzərində pulsuz, təmənnasız proseduralar həyata keçirmişik. 1500-2000-ə yaxın insanı pulsuz açıq ürək əməliyyatı etmişik. Mən komandanın bütün üzvlərinə təşəkkür etmək istəyirəm. Aprel döyüşlərinin üzərindən 10 gün keçdikdən sonra Füzulinin Böyük Bəhmənli kəndinə gedib orada 10 uşaq üzərində açıq ürək əməliyyatları tətbiq etdik. Deviz olaraq özümüzə bunu seçdik: “Uşaq ürəkləri Qarabağda döyünür”. Biz həm də dünyaya mesaj vermək istəyirdik ki, sülh istəyirik, qan yox.

- Bəzi həkimlər əməliyyat zamanı gərginliyini aradan qaldırmaq üçün mahnıya qulaq asır. Siz də belə edirsiniz?

- Bəli. Müasir əməliyyatxanalarda olduğumuza görə imkanlarımız daha da artıb. Uzun illər birlikdə işlədiyimizə görə komandanın üzvləri sənin ruh vəziyyətinə görə situasiyanı bilirlər. Əməliyyatın ağırlığına görə musiqilər seçib qoyurlar. Əməliyyat zamanı seçdiyimiz musiqi repertuarları genişdir. Biz 90 faiz əməliyyatlarda musiqidən istifadə edirik. Çox əməliyyatlarımızı musiqi sədaları altında həyata keçiririk.

- Ən çox hansı musiqiyə üstünlük verirsiniz?

- Sağlıq olsun, bir dəfə əməliyyatxanaya girib repertuarla tanış ola bilərsiniz. Ürək əməliyyatları zamanı daha çox Avropanın və Azərbaycanın klassiklərini dinləyirik. Çünki bu ruh halı üçün o musiqilər uyğundur.

- Deputat Nəriman Əliyevin ürək əməliyyatı 9 saat çəkib. Siz ümumiyyətlə, ən çox nə qədər müddətdə əməliyyatda olmusunuz?

- Dayanmdan 24, 26 saata çatan əməliyyatlarımız olub.

- Buna necə dözmüsünüz?

- O işin həyəcanı bəzən başqa şeyləri yaddan çıxardır. Bunu yalnız yaşayan insan başa düşər.

- Tanınmış həkimsiniz, cəmiyyətdə və siyasi elitada kifayət qədər tanınırsınız. Gələcəkdə hər hansı bir vəzifə gözləyirsinizmi?

- Birincisi, həkim kimi üzərimə kifayət qədər vəzifə və məsuliyyət düşür. Bundan əlavə mənim qanunverici orqan olan Milli Məclisdə üzərimə düşən məsuliyyət kifayət qədər böyükdür. Buna görə də gələcəkdə siz dediyinizlə əlaqədar plan və düşüncələrim yoxdur. Amma əlbəttə ki, dövlətimizin və dövlət rəhbərliyimizin verdiyi tapşırıq, etimad biz tərəfdən əmr kimi həyata keçiriləcək.

- Hansısa yeni qanun layihəsi hazırlamağı düşünürsünüzmü?

- Hazırda əsasən 2 məsələ üzərində iş gedir. Səhiyyə komitəsi bu işlə əlaqədar çox çalışır. Əsasən “Sağlamlığın qorunması haqqında” qanunda ciddi dəyişikliklərin, yeniliklərin olmasına ehtiyac var. İkinci məsələ ürək-damar xəstəlikləri ilə bağlıdır. Biz ürək-damar xəstəlikləri ilə bağlı dövlət proqramının hazırlanmasına çalışırıq. Bu, ölkəmiz üçün çox vacibdir. Bu əlçatanlığı və inkişafı paralel saxlayan bir həqiqətdir.

- Rəşad müəllim, Azərbaycanda tanınmış psixoloqlarından biri bizə demişdi ki, onlar belə psixoloji testlərdən keçirlər, müayinə olunurlar. Siz necə, psixoloq yanına gedirsiniz?

- Bəli, mütləq. Ehtiyacımız olan zaman psixoloq yanına gedirəm. Normalda hər bir sağlam insanın da psixoloqa ehtiyacı var. “Psixoloqa ehtiyacımız yoxdur” dediyimiz zaman psixoloji problemlər başlayır. Ola bilər ki, psixoloq sənə başqa bir şeyə ehtiyacının olmadığını və doğru yolda olduğunu deyə bilər. Amma o demək deyil ki, psixoloqa ehtiyac yoxdur. Bunun özünü belə psixoloqdan eşitmək çox vacibdir. Xüsusilə həkimlik sənətinin tətbiqində psixoloji dəstəyə ehtiyac olur.

- Münasib bilirsinizsə, ailəniz haqqında da danışardınız.

- 3 övladım var. Hələ məktəb yaşlarındadırlar. İnşallah, arzumuz budur ki, istədikləri sənətləri seçsinlər, onu sevsinlər, ölkəsinə qiymətli insanlar yetişdirsinlər.

- Siz həkimliyin məsuliyyəti və ağırlığından danışdınız. Bu mənada istərdinizmi övladlarınız da sizin kimi həkim olsunlar?

- Bunlar fərdi hisslərdir. Deməkdə çətinlik çəkirəm. Tək arzum var. Övladlarım özlərini xoşbəxt hiss edəcəkləri sənətə həsr etsinlər. Əmin olsam ki, mənim keçirdiyim hisslərlə həkimlik sənətinə sahib olacaqlar, dünyadakı bütün insanların həkim olmasını arzulayardım. Mən həkimlikdən həddindən artıq zövq alıram, bütün çətinliklərinə baxmayaraq. Övladlarıma da bildirirəm ki, sevdikləri işlər qismət olsun onlara. Bir də sağlam vətəndaş olsunlar. Bu iki amil olduqdan sonra həyatda bacarmayacağın heç nə yoxdur. Və əlbəttə ki, sağlam bədənləri olmaq şərtilə.

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

Nazarbayevdən İlham Əliyevə təbrik

bitmap-img3

Rakurs

“Kontakt Home”da böyük fırıldaq – Oxuyun ki, aldanmayasınız

bitmap-img3

Seçmələr

Yeni hökümətin fəaliyyəti hiss olunurmu?

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru