Pakistanda "Jang Media Group"un icraçı direktoru, məşhur jurnalist Abid Abdulla silahlı şəxslər tərəfindən oğurlanaraq girov götürülüb
Milli.Az JournalismPakistan-a istinadən bildirir ki, olay Xeyber-Pahtunzva vilayətindəki Pişəvər şəhərində baş verib.
Abid Abdulla oteldən çıxanda oğurlanıb. O, şəhərə "Jang Media Group" yerli ofisinə baş çəkmək üçün yollanmışdı.
"Jang Media Group" media şirkəti "Independent Media Corporation"a daxildir.
pia.az