Bir müddətdir eşq yaşayan müğənni Murad Dalkılıçla aktrisa Hande Erçel tətilə çıxıb
PİA.AZ Axşam.az-a istinadən xəbərinə görə, Handenin baş rolda oynadığı “Siyah inci” serialı final edən kimi cütlük Amsderdama istirahətə yollanıb.
Hande tətildən fotosunu İnstaqram səhifəsində yerləşdirib.
Qeyd edək ki, cütlüyün sevgili olması Erçelin bacısının doğum günündən sonra bəlli olub.
Xatırladaq ki, Murad daha əvvəl aktrisa Merve Boluğurla evli olub. İki illik evlilik ötən ilin sentyabrda bitib.
pia.az