Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur avtoritet “Dəli Samir”in görüntüləri yayıldı - Video


Bakıda saxlanılan kriminal aləmdə "Dəli Samir" ləqəbi ilə tanınan 1975-ci il təvəllüdlü Aslanov Samir Nuşirəvan oğlunun görüntüləri yayılıb


PİA.AZ  "Report"a istinadən xəbər verir ki, S.Aslanov Suraxanı Rayon Polis İdarəsi (RPİ) və 33-cü Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılıb. Polislər "Dəli Samir"i saxlayan zaman onun üzərindən 10 qrama yaxın narkotik maddə olan marixuana aşkarlanıb. 

S.Aslanovun evinə baxış zamanı isə 1 ədəd "Kalaşnikov" avtomatı, 5 ədəd güllə və samuray qılıncı aşkar olunaraq götürülüb. S.Aslanov indiyə qədər dəfələrlə məhkum olunub. O, Günəşli və Qaraçuxur qəsəbələrində hədə-qorxu ilə tələb etmə və bu kimi, bir neçə ağır cinayətlər törətməkdə də şübhəli bilinir. 

Qeyd edək ki, S.Aslanov kriminal aləmdə qanuni oğru "Lotu Quli" kimi avtoritet Nadir Səlifovun yaxın adamı sayılır. Həmçinin S.Aslanov idmanın karate növü ilə məşğul olub və onun Suraxanı rayonunda özünə məxsus karate məktəbi var.

Faktla bağlı saxlanılan şəxs barəsində cinayət işi başlanıb, araşdırma aparılır.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar