Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur avtoritet Lənkəranskinin qəbri üstündə


Cinayət aləminin "Ümumavropa kassasının" nəzarətçisi, Şeyx Həmzət adı ilə məşhur olan çeçen əsilli kriminal avtoritet Həmzət Qastəmirov Azərbaycana gəlib


Onun gəlişində məqsəd 2016-cı il avqustun 17-dən 18-nə keçən gecə İstanbulda qətlə yetirilən azərbaycanlı qanuni oğru Rövşən Lənkəranskinin (Canıyev) qəbrini ziyarət etmək və il mərasiminə qatılmaq olub.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, Qastəmirov "qardaşı" Rövşən Lənkəranskinin xatirəsini yad edəndən və qəbrinə gül çələngi qoyandan sonra onun ailə üzvlərinə başsağlığı verib. Qastəmirovu Rövşən Lənkəranskinin məzarını ziyarətə gələn lənkəranlılar izdihamla qarşılayıblar. Şeyx Həmzət onlara Rövşən Lənkəranskinin onun üçün çox dəyərli olduğunu bildirib, bu itkinin yerinin doldurulmayacağını qeyd edib. Yeri gəlmişkən, Qastəmirov çıxışını Azərbaycan dilində edib. Sonra Rövşən Lənkəranskinin ruhuna dua oxuyub. Lənkəranskinin atası Rafiq Canıyev və digər rəhmətə gedən doğmalarının məzarlarını da ziyarət edərək ruhlarına fatihə verib. Daha sonra o, Bakıya qayıdıb.

Qeyd edək ki, Almaniyada yaşayan kriminal avtoritet Qastəmirov bir həftədir Bakıdadır.

Bununla yanaşı, Azərbaycanın hüquq-mühafizə orqanlarındakı mənbə Sputnik Azərbaycan-a bildirib ki, Lənkəranskinin xatirəsini yad etmək üçün kriminal dünyasının hal-hazırda qanunla hər hansı problemi olmayan azsaylı nümayəndələri gəlib.

"Qonaqlar sakitcə mərhumun qəbrini ziyarət ediblər, gül çələngi qoyublar və səssizcə oradan uzaqlaşıblar" — deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. (sputnik.az)

pia.az 



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar