43 yaşlı aktyor Marat Başarov Elizaveta Şevirkoba ilə evlənib
Axşam.az Rusiya KİV-nə istinadən xəbər verir ki, toyda cütlüyün dostları iştirak ediblər. Marat və Elizaveta 5 ildir sevgilidir.
Ötən ilin yayında onların Marsel adlı oğlu dünyaya gəlib. Noyabrda isə onlar müsəlman adət-ənənəsinə uyğun nikah ediblər.
Bu, Başarovun üçüncü nikahıdır. Bundan əvvəl o, qızı Amelin anası Elizavet Krusko ilə ailə qurub. Aktyorun ikinci xanımı Yekaterina Arxarov olub.
pia.az