Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşədi, Dinozavr, Əkibala – Yazıçılarımızın “kliçkaları”

Tanınmış yazıçıların ədəbi mühitdə işlənən ayamalarını təqdim edirik


Səməd Vurğun - Qağa
  
Qazax bölgəsində "Böyük" mənasında işlənir. Ədəbi mühitə də sirayət edib.
 
Əli Kərim – Balaca dahi
  
Unikal şeirlər yazdığına görə deyirdilər
 
İsmayıl Şıxlı – Qoca
  
Gəncliyindən müdrik və ağır taxtalı olduğu üçün deyirdilər
 
Əliağa Kürçaylı – Qırmızı
  
Həm qırmızı danışdığı, həm də yanağı qırmızı olub
 
Mirmehdi Seyidzadə - Ağa
  
Seyid olduğu üçün
 
Hüseyn Arif  - Kafir
  
İsmayıl Şıxlı ən çox işlədirmiş bu sözü. Başqa adamlara da deyirmiş. Ancaq daha çox Hüseyn Arifə belə müraciət edirmiş.
  
Əkrəm Əylisli  - Əkibala
  
Əzizləmədir
 
Yusif Səmədoğlu – Yuska
  
Əzizləmədir
 
Ramiz Rövşən - Dinozavr
  
Özü-özü haqqında işlətmişdi, başqaları da işlədirdi
 
Vaqif Səmədoğlu – Vaqulya
  
Əzizləmədir
 
Aqil Abbas - Məşədi
  
Hamıya əl tutduğu üçün deyirlər
 
Kələntər Kələntərli – Dust
  
Ləzgi olduğu üçün “Dost”u ləhcədə “Dust” kimi tələffüz edirmiş, ona görə dostları ona belə müraciət edirmiş.
 
Vaqif Nəsib – Sarı
  
Sarıyanız olduğu üçün
 
Vaqif Bayatlı Odər – Yaşıl köynəkli oğlan
  
Rəsmi iclasların birində mərhum prezident Heydər Əliyev ona belə müraciət etmişdi. 
 
Murad Köhnəqala – Murik
  
Ən yaxın dostları işlədir
 
Rasim Qaraca – Abi
  
Daha çox gənc AYO üzvləri ona belə müraciət edirdilər.
 
Mirmehdi Ağaoğlu – Seyid
  
Seyid olduğu üçün
 
Aqşin Yenisey – Akuş
  
Əzizləmədir. Özü də bu imzayla şeirlər yazıb
 
Rəbiqə Nazimqızı – Rebekka
  
Əzizləmədir
 
Əlisəmid Kür – Əli
  
Əzizləmədir
 
Mövlud Mövlud - Dınqış
  
Uşaqlıqda atası deyirmiş. Ədəbi mühitdə də işlədilirdi 
 
Şəhriyar del Gerani – Şako
  
Əzizləmədir. 
 
Kəramət Böyükçöl – Kərəm
  
Əzizləmədir və qısa olduğu üçün işlənir
 
Qismət – Pamuk
  
Orxan Pamuku çoz sevdiyi və zahirəmn bir az da ona oxşadığı üçün
 
Cəlil Cavanşir – Toppuş
  
Zahiri görünüşünə görə
 
Ayxan Ayvaz – Buri
  
Hekayələr kitabının adıdır. Həm də çörəyi çox yeyir. Buri gürcü dilində çörək deməkdir. (kulis)
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən çox oxunanalar