Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məscidlərimizdə internet var? –Hacı Şahin qəbahət görmür


İnternet hazırda günümüzün ən vacib tələbatlarından biri hesab olunur


İnsanlar texnologiyanın bu imkanlarından gündəlik olaraq hər yerdə – işdə, evdə, istirahət məkanlarında istifadə edirlər. 

Avropa ölkələri və başqa yerlərdə hətta dini məkanlar da internetlə təmin olunub. 

Bəs Azərbaycanda necə, məscidlərdə internet varmı, ibadətə gələnlər Wi-Fi-dan istifadə edə bilərmi? Yoxsa Azərbaycan məscidlərində internetdən istifadə haramdır?

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Bakıdakı “Məşədi Dadaş” məscidinin imam camaatı hacı Şahin Həsənli Modern.az saytına bildirib ki, bu gün bir çox məscidlərdə də Wi-Fi şəbəkəsi vasitəsilə internetdən istifadə etmək mümkündür: “Ölkəmizdə kifayət qədər məscid var ki, internetdən istifadə olunur. Buna təmamilə normal baxılır, burada qəbahətli nəsə yoxdur”.

Hacı Şahinin sözlərinə görə, dini ayinlər insanlarla canlı şəkildə icra olunmalıdır: 

“Məsciddə keçirilən tədbirlərin canlı şəkildə yayımlanması üçün internetdən istifadəyə ehtiyac olur. Məsələn, bayramlarda və ya hüzn mərasimlərində internet vasitəsilə canlı yayımdan istifadə edilir, belə tədbirlər sosial şəbəkələrdə canlı olaraq yayımlanır. Məsciddə internetin olması təmamilə normal haldır, heç bir əsas yoxdur ki, biz məsciddə internetdən istifadəni qadağan edək”.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar