Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mərkəzi Kəşfiyyat İdarəsi Putinin sərvətinin sirlərini niyə açmır?


The Wall Street Journal (ABŞ)


Birləşmiş Krallıqda Putinin tənqidçisi poloniumla zəhərlənərkən Qərb ölkələri hökumətləri susmağa üstünlük verib.

Tamamilə mümkündür ki, Amerika kəşfiyyatı daha bir mənada Rusiyaya qarşı cavab tədbirlərinə hazır deyil. Çoxları istəyərdi ki, prezident Barak Obama haker hücumlarına görə Vladimir Putinin oğurluqla yığılmış, 160 milyard dollar qiymətləndirilən sərvəti haqda məxfi məlumatları dərc edərək Moskvadan qisas alacaq. Lakin onları məyusluq gözləyir: bu cür məlumatlar yoxdur.

Putinin sirlərini açmaqla mövqeyini zəiflətmək təklifi çox yaxşı görünür. Biz üç gün qabaq bunu etməyi təklif etmişik. Lakin hətta Krımın işğalından sonra ABŞ Xəzinədarlığı cənab Putinin “şəxsi bankı”na qarşı sanksiyanın tətbiqini elan edərkən 10 il əvvəl cənab Putinin rusiyalı opponentlərindən birinin səsləndirdiyi ittihama əsaslanıb. Xəzinədarlıq Google-da oxuya bilməyəcəyimiz nəsə elə bir şey açıqlamayıb.

Ola bilsin, ikinci problem bundan ibarətdir ki, əslində, cənab Putinə məxsus heç nə yoxdur. Ən azı, o, Rusiya kleptokratiyasının (ələ keçən ən müxtəlif əşyaları oğurlamaq şakəri-tərc.) daha sonrakı mərhələlərində, sadəcə, bu əşyaları ona verməli olan insan və əşyalara işarə edir. “Patriots”un sahibi Robert Kraftın əvvəllər 2005-ci ildə cənab Putinə “Super Bowl” qaliblərinin üzüyünü necə bağışladığı haqda əhvalatı dipliomatik nəzakətlə nağıl etdiyini xatırlayın. Lakin cənab Kraft sonradan boynuna alıb: cənab Putin üzüyü barmağında yoxlamağı xahiş edib, sonra “onu cibinə qoyub və bundan sonra KQB-nin üç agenti onun yanında peyda olub və onlar çıxıb gediblər”.


Cənab Putinin yaratdığı girəvəcillik şəraitində kimin nəyə və nə qədər uzun müddətə sahib olduğunun son dərəcə qeyri-şəffaflığı onun 2016-cı ildə son qoyduğu maliyyə çevrilişi ilə əyani şəkildə aydınlaşır.

Onun köməkçiləri Rusiya büdcəsinə düşən ağırlığı yüngülləşdirmək və Qərb investorları üçün Rusiyanın cazibədarlığını sərgiləmək üçün “Rosneft” dövlət neft şirkətinin qismən özəlləşdirilməsini təşkil ediblər. Lakin bu sövdələşməni maliyyələşdirməli olan İtaliya bankı bu layihəyə qatılmağın məqsədəuyğunluğunu ölçüb-biçməyi davam etdirib. Rusiya KİV-lərinin məlumat verdiyi kimi, sövdələşmənin əsas iştirakçısı – “Glensore” İngiltərə-İsveçrə şirkəti həmin beş milyard dolların böyük qismini xarici qaynaqlardan əldə edib: “Rusiya bankları şirkəti bu öhdəlikdən azad edib”.

Bu qayda ilə bu pulların haradan götürüldüyü və son nəticədə “Rosneft” səhmlərinin kimdə olacağı tamamilə qaranlıq qalır.

Buna baxmayaraq, cənab Putinin korrupsiyada ittihama həssas olduğunu təkid edən tənqidçilər yanılmırlar. Heç kim ərəb baharının başlanğıcı, Ukrayna inqilabı, Qəddafi rejiminin süqutunu öncədən görə bilməyib. Və cənab Putində qabaqcadan deyə bilməz ki, xalq narazılığı onun rejiminin süqutunu nə vaxt törədəcək.

“Rosneft”in başçısı və cənab Putinin bir nömrəli silahdaşı İqor Seçin KİV-in onun mülk və yaxtaları haqda məlumatlar dərc etməyini əngəlləmək üçün bütün istiqamətlərə məhkəmə iddiaları göndərir. Təxminə görə, cənab Putin üçün Qara dəniz sahilində xəstəxana fondlarından ayrılmış vəsaitlə inşa edilmiş bir milyard dollar dəyərində sarayı xeyli tutqun sövdələşmələr bürüyüb. Şayiələrə görə, hazırda bu saray bazar dəyərindən bir neçə dəfə çox pul ödəmiş bir biznesmenə məxsusdur.

MKİ-də cənab Putin barədə onun prezidentliyinin ilk illərində Rusiya mediasının hələ azad və açıq olduğu dövrdən qalma tam bir dosye olmalıdır.O, Sankt-Peterburq merinin müavini vəzifəsini tutarkən 93 milyon dolların yox olmasında onun ehtimal edilən aidiyyəti bu şəhərin qanunverici orqanının xüsusi komitəsi tərəfindən sənədləşdirilib. 

Eyni şey 1999-cu ildə yaşayış binalarının partladılması və nəticədə 293 nəfərin həlak olduğu və onun prezident kreslosuna əyləşməyinə yardım olmuş hadisəyə də aiddir. AvropaRusiyanın Moskvadakı nüfuzlu qəzetləri hələ bu teraktlara qədər yazırdı ki, bu cür teraktları Rusiya gizli polisi planlaşdırıb. Sonralar müstəqil araşdırma aparmış bir neçə ekspert və jurnalist təsdiq edib ki, əslində bu “teraktlar”ı cənab Putinin silahdaşları təşkil ediblər.

Söz yox, Amerika kəşfiyyatında bu iki epizodla bağlı birmənalı dəyərləndirmə var. Ola bilsin, MKİ də cənab Putinin hakimiyyətə yüksəlişi və onu gərəksiz ifşalardan qorumuş qətl və şübhəli ölümlər haqda bildiklərimizdən daha çox danışmağa qabildir.

Gəlin, özümüzü aldatmağa son qoyaq. Qoy cənab Putinin bütün sirlərini açmağa çağıran yüksəkçinli demokrat Adam Şiff özünü aldatmaqdan əl çəksin. Qərb hökumətləri hətta Aleksandr Litvinenko poloniumla zəhərləndikdən sonra da susmağa üstünlük verib, bu isə beynəlxalq terrorizm aktı idi. Nə üçün? Çünki güclü reaksiya və yaxud onun yerinə daha şərniyyətli diktatorun gələ biləcəyindən ehtiyatlanıb cənab Putin rejiminə çox güclü təzyiq göstərmək istəmir.

Cənab Obamanın sanksiyaları bütün bu qorxuları nəzərə almaqla hazırlanıb və güman etmirəm ki, Donald Trampın bunu dəyişmək üçün bir xeyli imkanı olacaq. Harahat olmayın: “Saziş bağlamaq məharəti”ndə heç nə buna işarə etmir ki, cənab Tramp cənab Putinlə gələcək qarşılıqlı fəaliyyət prosesində cənab Obamanın tətbiq etdiyi sanksiyaların verdiyi üstünlükdən könüllü şəkildə imtina edəcək. O, eyni zamanda gurultulu və əsaslandırılmamış bəyanatlarala çıxış edərək cənab Putinə xidmət göstərməkdən əl çəkəcək və Putin bundan Rusiya daxilində ABŞ-ın geostrateji təhlükə təşkil etdiyi və bunu ustalıq və müvəffəqiyyətlə dəf etdiyinin sübutu qismində yararlanacaq.

Cənab Tramp uğura nail olsa, ən yaxşı və ən böyük ehtimalla nəticə bu olacaq ki, cənab Putin 2018-ci ildə təkrar seçilməkdən əvvəl beynəlxalq təhlükə olmaqdan əl çəkəcək. Cənab Tramp daxili islahatlara və yeni ildə Avropa Birliyində mütləq şəkildə meydana çıxacaq problemlərə daha çox vaxt ayıra bilər.

Amma bu sakit dövr gec-tez bitəcək. Çətin ki, yaxşılıqla istefaya gedəcək və iqtisadiyyatı, cəmiyyəti onun ayaqları altında səpələnməkdə olan cənab Putin, çox ehtimal ki, ən yaxın 10 ildə dünya və Rusiya üçün ağır yük olaraq qalacaq.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar