Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mərkəzi Bankın valyuta ehtiyatı 4 milyard 825 milyon dollardır


Bu vəsaitlərin təxminən 80 faizə qədəri istiqrazlarda, 13 faizi səhmlərdə yerləşdirilib, 3,6 faizi qızıla, 4,6 faizi daşınmaz əmlaka qoyulub


Son illərdə dünya iqtisadiyyatında yaşanan böhran, neftin qiymətinin ucuzlaşması, Azərbaycan iqtisadiyyatının idarəedilməsində yol verilən nöqsanlar ölkənin valyuta gəlirlərini demək olar ki, kəskin şəkildə azaltdı.

 Bununla yanaşı, qeyri-neft sektorunun inkişafı, ölkənin xarici borclarının ödənilməsi, bank sektorunun hazırkı durumdan xilası, real sektorun canlandırılması, o cümlədən manatın məzənnəsinin qorunub saxlanılması üçün ölkəyə ciddi şəkildə valyuta axınına ehtiyac var.

Bəs görəsən, hazırda Azərbaycanın ümumilikdə nə qədər valyuta ehtiyatları var? Onlar harada və necə saxlanılır? Hansı sahələrə yatırılır və həmin vəsaitlərin likvitliyi nə dərəcədədir?

“Yeni Müsavat”ın bu suallarını cavablandıran iqtisadçı ekspert Qubad İbadoğlu qeyd etdi ki, ölkənin valyuta ehtiyatları iki yerə bölünür və əsasən Mərkəzi Bankla Dövlət Neft Fondunda saxlanılır: 

“Onun bir qismi Mərkəzi Bankda, digər qismi isə Dövlət Neft Fondunda saxlanılır. Bu ilin iyun ayının 1-nə olan məlumata görə, Mərkəzi Bankın rəsmi olan valyuta ehtiyatları 4 milyard 825 milyon dollardır. Bu valyuta ehtiyatları məndə olan məlumata görə, elə Mərkəzi Bankda saxlanılır. Neft Fondunun valyuta ehtiyatları ilə bağlı sonuncu məlumat bu ilin birinci yarısının yekunlarında açıqlanıb. Bu ilin birinci rübünün yekunlarına olan məlumata görə, 33 milyard 720 milyon dollarlıq aktivlər formalaşıb. Bu aktivlər çox müxtəlif xarici valyutalarda saxlanılır. Bu vəsaitlərin 47 faizi dollarda saxlanılır, 35 faizi avroda, 5 faizi funt-sterlinqdə, Avstraliya dolları, Türkiyə lirəsi, Rusiya rublu, Koreya vonu, Çin yuanı, yapon yeni və digər valyutalarda saxlanılır. Bu vəsaitlərin çox cüzi bir hissəsi manatla saxlanılır”.

İqtisadçı onu da vurğuladı ki, Azərbaycan Dövlət Neft Fondu bu aktivləri ilə investisiya portfelini zənginləşdirir: “Bu vəsaitlərin təxminən 80 faizə qədəri istiqrazlarda yerləşdirilib. 3,6 faizi qızıla qoyulub, 4,6 faizi daşınmaz əmlaka qoyulub, 13 faizi səhmlərdə yerləşdirilib. Coğrafi baxımdan yanaşsaq, Azərbaycan Dövlət Neft Fondunun investisiya portfelində olan aktivlərin böyük bir hissəsi, 41,8 faizi Avropadadır. 26,9 faizi Asiyada, 24,2 faizi isə Amerikada yerləşdirilib. Cəmi 3,5 faizi Avstraliyada və Yeni Zellandiyadadır. Bu vəsaitlərin böyük bir hissəsi istiqrazlara və pul bazarı alətlərinə yerləşdirilib. Təxminən vəsaitlərin 80 faizi üzrə gələn illik qazanc 1 faizdən yuxarı deyil. Ancaq bu sabit bir qazanc mənbəyidir, dünyada gedən böhrandan asılı olaraq artıb-azalmır. Vəsaitlər az , ancaq sabit gəlirli istiqrazlara və bazar alətlərinə yatırılıb”.

Qubad İbadoğlu DNF-nin aktivlərinin saxlanıldığı ölkələri xarakterizə edərək, əsas inkişaf etmiş ölkələrə, o cümlədən Avropa ölkələrinə üstünlük verildiyini bildirdi: “Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin 68, 3 faizi inkişaf etmiş ölkələrdə, 28,3 faizi inkişaf etməkdə olan ölkələrdədir. Yerdə qalan 3,4 faizi isə beynəlxalq maliyyə təşkilatlarının, o cümlədən Dünya Bankının idarəçiliyinə verilib”.

Valyuta ehtiyatlarının likvitliyinə gəlincə, Q. İbadoğlu bildirdi ki, bu həmin vəsaitlərin neçə müddətlik yerləşdirilməsinə bağlı olan bir məsələdir: “Vəsaitlərin 39,1 faizi 1 ilə qədər müddətə yerləşdirilib. Bu o deməkdir ki, həmin vəsaiti daha tez geri çəkmək mümkündür. Bir ildən sonra həmin vəsaitləri götürüb istifadə edə bilərik. Həmin vəsaitlərin təxminən 40 faizi isə 13, 7 milyard dollar edir. Ancaq həmin vəsaitin 28,8 faizi 1 ildən 3 ilə qədər, 20 faizi isə 3 ildən 5 ilə qədər, 12 faizi isə 5 ildən artıq müddətə yerləşdirilib. Bu isə o deməkdir ki, 5 ildən artıq müddətə yerləşdirilmiş vəsaiti geri çəksək DNF olaraq əlavə zərərlər ödəmək məcburiyyətində qalacağıq. Söhbət həmin vəsaitlərdən istifadədən gedirsə, 1 ilə qədər müddətə yatırılmış vəsaitlərin istifadə imkanı var. Bu da müqavilənin müddətində qeyd olunub. O pulu yalnız müqavilənin müddəti başa çatdıqdan sonra götürə bilərik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar