Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mərkəzi Bank kredit şərtlərini açıqladı


Mərkəzi Bank tərəfindən banklara hansı növ kreditlərin hansı şərtlərlə veriləcəyi açıqlanıb


Mərkəzi Bankın İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nı təsdiq edib.
 
Bu qaydalar Mərkəzi Bank tərəfindən Azərbaycanda fəaliyyət göstərən banklara kreditlərin verilməsi qaydalarını müəyyən edir.
 
Mərkəzi Bank banklara 3 növ - yenidənmaliyyələşdirmə,  sonuncu instansiya və məqsədli kreditlər verir. Yenidənmaliyyələşdirmə kreditləri banklara 30 günədək, 360 günədək və 360 gündən yuxarı müddətə verilə bilər. 30 günədək yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın pul siyasətinin həyata keçirilməsi məqsədilə verilir. 30 günədək yenidənmaliyyələşdirmə kreditləri birbaşa və ya dolayı hərraclar vasitəsilə verilir. 30 günədək yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın uçot dərəcəsi ilə faiz dərəcələri dəhlizinin yuxarı həddi arasında müəyyən edilmiş faiz dərəcəsi ilə verilir. Yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın İdarə Heyəti tərəfindən siyahısı təsdiq olunmuş qiymətli kağızlar (bu siyahı Mərkəzi Bankın internet saytında yerləşdirilir), kredit alan bankın Mərkəzi Bankda ABŞ dolları, Avro və İngilis funt sterlinqində olan müxbir hesablarındakı vəsaitlər qismində aktivlərlə təmin olunmalıdır. 30 günədək yenidənmaliyyələşdirmə kreditləri birdəfəlik kredit formasında verilir və müddəti uzadılmır. Təminat hərracın keçirildiyi gündən 5  iş günü ərzində rəsmiləşdirilmədikdə kreditin verilməsindən imtina olunur. 360 günədək yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın pul siyasətinin həyata keçirilməsi məqsədilə verilir. 360 günədək yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın uçot dərəcəsi ilə verilir.  360 günədək verilən yenidənmaliyyələşdirmə kreditləri dövlət zəmanəti, Mərkəzi Bankın İdarə Heyəti tərəfindən siyahısı təsdiq olunmuş qiymətli kağızlar (bu siyahı Mərkəzi Bankın internet saytında yerləşdirilir), kredit alan bankın Mərkəzi Bankda ABŞ dolları, Avro və İngilis funt sterlinqində olan müxbir hesablarındakı vəsaitlər, daşınmaz əmlak və qızıl külçə formasında bank metalı qismində aktivlərlə təmin olunmalıdır. Makroiqtisadi vəziyyət nəzərə alınmaqla 360 gündən yuxarı müddətədək yenidənmaliyyələşdirmə kreditləri verilə bilər. Bu növ kreditlərin verilməsi barədə qərar Mərkəzi Bankın İdarə Heyəti tərəfindən qəbul edilir. Belə kreditlərin verilməsi şərtləri hər bir halda Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə müəyyən edilir.
 
Mərkəzi Bank bankların ödəmə qabiliyyətinin qısamüddətli pozulması və likvidlik çatışmazlığı hallarında Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında banklara 6 aydan artıq olmayan müddətə sonuncu instansiya kreditləri verə bilər. Mərkəzi Bank müraciət daxil olduqdan sonra 2 iş günündən gec olmayaraq kreditin verilib-verilməməsi barədə qərar qəbul edir. Mərkəzi Bankın İdarə Heyəti sonuncu instansiya kreditinin verilməsinə dair qərar qəbul edərkən pul siyasəti hədəfləri, kreditin məbləği, müddəti və ödəmə qrafikini nəzərə alır. Sonuncu instansiya kreditləri Mərkəzi Bankın uçot dərəcəsi ilə verilir. Sonuncu instansiya kreditinin verilməsi forması, müddəti və ödəniş şərtləri Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən olunur. Sonuncu instansiya kreditləri      dövlət zəmanəti, Mərkəzi Bankın İdarə Heyəti tərəfindən siyahısı təsdiq olunmuş qiymətli kağızlar (bu siyahı Mərkəzi Bankın internet saytında yerləşdirilir), kredit alan bankın Mərkəzi Bankda ABŞ dolları, Avro və İngilis funt sterlinqində olan müxbir hesablarındakı vəsaitlər, daşınmaz əmlak və  qızıl külçə formasında bank metalı qismində aktivlərlə təmin olunmalıdır.   Sonuncu instansiya kreditinin verilməsi üçün barəsində müraciət olunan bankın sistem əhəmiyyətini və sektorun maliyyə sabitliyinin qorunmasına təsirini nəzərə alaraq, Mərkəzi Bankın İdarə Heyəti 6 aydan artıq olmayan müddət çərçivəsində digər şərtlərlə də sonuncu instansiya kreditinin verilməsi barədə qərar qəbul edə bilər.
 
Mərkəzi Bank sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, habelə iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin təmin edilməsi məqsədilə dövlət zəmanəti əsasında banklara məqsədli kreditlər verə bilər. Məqsədli kredit üzrə borc öhdəliyinin dövlət zəmanəti hesabına həyata keçirilməsi zərurəti yarandıqda və bu öhdəliyin tam və ya bir hissəsinin icrası Mərkəzi Bankın razılığı ilə dövlətin buraxdığı borc qiymətli kağızları ilə həyata keçirildikdə, Mərkəzi Bank emissiya şərtlərinə uyğun olaraq həmin qiymətli kağızları ilkin bazarda əldə edir. Banklara kreditlər birdəfəlik və ya kredit xətti formasında verilir. Mərkəzi Bank tərəfindən kreditin faiz dərəcəsinin elan olunması üsulu ilə həyata keçirilən hərrac birbaşa hərrac, Mərkəzi Bank tərəfindən veriləcək kreditin ümumi məbləğinin elan olunması üsulu ilə həyata keçirilən hərrac dolayı hərracdır. Faiz dərəcələri dəhlizi Mərkəzi Bankın açıq bazarda apardığı əməliyyatlar üzrə faiz dərəcələrinin müəyyən olunmuş aşağı və yuxarı həddi arasında dəhlizdir.
 
Kredit hərraclarının keçirilmə tezliyi və forması, hərraca çıxarılan kreditlərin həcmi, müddəti və birbaşa hərrac üzrə faiz dərəcələri Mərkəzi Bankın daxili reqlamentinə uyğun olaraq müəyyən edilir.  Kredit hərracının keçirilməsinə dair məlumat hərracın keçirildiyi gündən ən azı 3 iş günü əvvəl Mərkəzi Bankın internet səhifəsində elan olunur.  Birbaşa hərracda banklar tərəfindən verilmiş sifarişlərin həcmi hərraca çıxarılan məbləğdən artıq olmadıqda sifarişlər tam həcmdə, sifarişlərin həcmi hərraca çıxarılan məbləğdən artıq olduqda sifarişlər mütənasib qaydada təmin edilir.  Dolayı hərracda banklar tərəfindən verilmiş sifarişlərin həcmi hərraca çıxarılan məbləğdən artıq olmadıqda sifarişlər tam həcmdə, sifarişlərin həcmi hərraca çıxarılan məbləğdən artıq olduqda, daha yüksək faiz dərəcəsi ilə verilən sifarişlər ardıcıllıqla təmin olunur. Dolayı hərracda eyni faiz dərəcəsi ilə verilmiş sifarişlər mütənasib qaydada təmin edilir.
 
Kreditlər üzrə təminat predmetinin kredit öhdəliyinə (əsas və faiz borcu) nisbəti ən azı aşağıdakı kimi olmalıdır:
 
- Dövlət zəmanəti və dövlət qiymətli kağızları - 100%;
 
-  Müxbir hesablardakı vəsaitlər, dövlət qiymətli kağızları istisna olmaqla Mərkəzi Bankın İdarə Heyəti tərəfindən siyahısı təsdiq olunmuş qiymətli kağızlar və qızıl külçə formasında bank metalı - 110%;
 
-  Daşınmaz əmlak - likvid qiymətinin 150%-i.
 
Təminat qismində təklif edilən daşınmaz əmlak barədə müstəqil qiymətləndiricinin rəyində təminatın bazar və likvid qiyməti göstərilməlidir. (apa)

pia.az  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar