Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mərkəzi Bank çevik məzənnə rejimindən imtina etməsi ilə bağlı xəbərlərə münasibət bildirib

Azərbaycan Mərkəzi Bankı (AMB) yenidən valyuta məzənnəsinin aktiv şəkildə idarə olunması ilə bağlı bəzi KİV-lərdə yayılan xəbərlərə münasibət bildirib


AMB-dən bildirilib ki,  çevik məzənnə rejimi saxlanacaq.
 
Azərbaycan Respublikası Mərkəzi Bankının 2018-ci il  və orta müddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri  barədə bəyanatı”nda qeyd olunduğu kimi xarici şokları effektiv absorbasiya etmək qabiliyyətini nəzərə alaraq Mərkəzi Bank çevik məzənnə rejimini saxlayacaq. Ümumilikdə, qiymətləndirmələr göstərir ki, proqnozlaşdırılan tədiyə balansı və Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) transfertlərin həcmi 2018-ci ildə valyuta bazarında stabilliyi təmin etməlidir. Manatın məzənnəsinin uzunmüddətli trendini məhz bu fundamental makroiqtisadi amillər formalaşdırır”, - deyə məlumatda vurğulanıb.
 
Məlumatda o da qeyd olunub ki, Mərkəzi Bank milli valyutanın fundamental makroiqtisadi amillərdən irəli gəlməyən qısamüddətli dəyişkənliyinin qarşısının alınması məqsədilə məhdud sayda və həcmdə valyuta bazarına müdaxilə edə bilər.
 
Xatırladaq ki,bəzi mətbuat orqanlarında "Fitch" beynəlxalq reytinq agentliyi qrupuna daxil olan "BMI Research" araşdırma şirkətinə istinadən Azərbaycanın yenidən valyuta məzənnəsini aktiv şəkildə idarə etməyə başlaması barədə məlumatlar yayılıb.“APA-Economics”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar