Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mərhum jurnalistin kitabı hazırlanır


Mərhum jurnalist Zabil Müqabiloğlunun kitabı dərc olunacaq


Bu barədə jurnalistin bacısı Sevinc Əliyeva Modern.az-a məlumat verib. O, təşəbbüsün necə yaranmasından söz açıb:

“Bildiyiniz kimi Zabil Müqabiloğlu jurnalistika sahəsində  öz sözünü demiş, tanınmış jurnalist idi. Zabil şeirlər  və hekayələr yazırdı. Onun bir neçə  şeir və hekayələri həyatı kimi yarımçıq qaldı. Digər tərəfdən, istədim ki, Zabilin bir çox yaxın jurnalist dostları onun haqqında maraqlı xatirələrini yazsınlar.

Zabil çox vətənpərvər insan idi və ən böyük arzulardan biri Qarabağa, doğma Zəngilana qayıtmaq idi. Təəssüf ki, ömür vəfa eləmədi. Onun ölümündən sonra bir oğlu qalıb. Buna görə Zabilin kitabının çıxması üçün çox çalışdım.  İnşallah 2018-ci ilin fevral ayında kitab dərc olunacaq”.

S.Əliyeva qeyd edib ki, kitabın çıxmasında ona bir neçə jurnalist dəstək olub:

“Kitaba Zabilin xarici səfirlərlə çəkdirdiyi, bir çox tədbirlərdən olan şəkillərini yerləşdircəyik. O cümlədən kitabda onun şeir və hekayələri, yaxın dostlarının xatirə yazıları öz əksini tapacaq.

 Zabilin kitabının çıxmasında mənə jurnalist dostları Həbibə Abdulla, Famil Cəfərli və Xalid Kazımlı dəstək olub. Hər birinə öz təşəkkürümü bildirirəm.  Bu işdə xüsusilə də jurnalist Həbibə Abdullanın əziyyətləri oldu”.

Uzun müddət qaraciyər xəstəliyindən əziyyət çəkən Z.Müqabiloğlu 2017-ci il fevralın 27-də vəfat edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar