Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mərhum jurnalist Zabil Müqabiloğlunun kitabı hazırlanır

Mərhum jurnalist Zabil Müqabiloğlunun kitabı dərc olunacaq


PİA.AZ modern.az-a istinadən bildirir ki, bu barədə jurnalistin bacısı Sevinc Əliyeva məlumat verib. O, təşəbbüsün necə yaranmasından söz açıb:
 
“Bildiyiniz kimi Zabil Müqabiloğlu jurnalistika sahəsində  öz sözünü demiş, tanınmış jurnalist idi. Zabil şeirlər  və hekayələr yazırdı. Onun bir neçə  şeir və hekayələri həyatı kimi yarımçıq qaldı. Digər tərəfdən, istədim ki, Zabilin bir çox yaxın jurnalist dostları onun haqqında maraqlı xatirələrini yazsınlar.
 
Zabil çox vətənpərvər insan idi və ən böyük arzulardan biri Qarabağa, doğma Zəngilana qayıtmaq idi. Təəssüf ki, ömür vəfa eləmədi. Onun ölümündən sonra bir oğlu qalıb. Buna görə Zabilin kitabının çıxması üçün çox çalışdım.  İnşallah 2018-ci ilin fevral ayında kitab dərc olunacaq”.
 
S.Əliyeva qeyd edib ki, kitabın çıxmasında ona bir neçə jurnalist dəstək olub:
 
“Kitaba Zabilin xarici səfirlərlə çəkdirdiyi, bir çox tədbirlərdən olan şəkillərini yerləşdircəyik. O cümlədən kitabda onun şeir və hekayələri, yaxın dostlarının xatirə yazıları öz əksini tapacaq.
 
 Zabilin kitabının çıxmasında mənə jurnalist dostları Həbibə Abdulla, Famil Cəfərli və Xalid Kazımlı dəstək olub. Hər birinə öz təşəkkürümü bildirirəm.  Bu işdə xüsusilə də jurnalist  Həbibə Abdullanın əziyyətləri oldu”.
 
Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin Jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən mətbuatdadır. "525-ci qəzet", "Avropa", "Tərcüman", "Yeni Müsavat" qəzetlərində çalışıb.
 
Z.Müqabiloğlunun son iş yeri isə təsisçisi olduğu gunxeber.com saytı olub.
 
Uzun müddət qaraciyər xəstəliyindən əziyyət çəkən Z.Müqabiloğlu 2017-ci il fevralın 27-də vəfat edib.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Ən çox oxunanalar