Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mərdanovun xalası oğluna yarım milyonluq dələduzluq ittihamı

Sənan Əliyev: “Allahverdi Dəmirov 450 min manatımı qaytarmır”


“Keçmiş təhsil naziri Misir Mərdanovun yaxın qohumu, xalası oğlu Allahverdi Dəmirov 2010-2011-ci illərdə məndən ümumilikdə 450 min manat pul alaraq təsisçisi  və direktoru olduğum ”Xudafərin" Tikinti-Quraşdırma MMC-yə tikinti işləri verəcəyini vəd verərək məni aldadıb". 

Bu sözləri prezidentə ünvanladığı, surətini redaksiyamıza yolladığı  məktubda Suraxanı rayonunda qeydiyyatda olan Sənan Əliyev yazıb. 

S.Əliyev qeyd edir ki, üzləşdiyi dələduzluq əməli onu çox pis duruma salıb: “Uzun müddətdir ki, ailəmlə birlikdə Bakı şəhərində yaşayır və burada sahibkarlıq fəaliyyəti ilə məşğulam. Biz sahibkarlar daim mərhum Heydər Əliyevin sahibkarlığa və sahibkarlara göstərdiyi qayğısını hiss etmiş, sahibkarlığın inkişafı üçün müəyyən etdiyi siyasi kurs və bu kursu ondan sonra sizin tərəfdən çoxşaxəli şəkildə inkişaf etdirilməsini görmüş, ölkə iqtisadiyyatının yüksəlməsi fonunda bəhrələnmişik. Sizin sahibkarlara dəstək olmağınız özüm və ailəmin təhlükəsizliyi naminə sizə ərizə ilə müraciət etməyimə cəsarətləndirib. Məlumat üçün bildirim ki, mən 2007-2012-ci illərdə ”Xudafərin Tikinti Quraşdırma" MMC-nin direktoru işləmişəm. Bu dövr ərzində təhsil müəssisələrində, əsasən məktəblərdə aparılan tikinti və abadlıq işlərində direktoru olduğum “Xudafərin Tikinti Quraşdırma” MMC-nin mühüm rolu olub. Həmin dövrdə təhsil naziri Misir Mərdanovun yaxın qohumu, Misir Mərdanovun təhsil naziri işlədiyi dövrdə Nazirliyin “Əsaslı Tikinti İdarəsinin” rəisi işləmiş Allahverdi Dəmirovla tanışlığım yaranıb. Belə ki, Allahverdi Dəmirovun Təhsil Nazirliyində idarə rəisi, sifarişçi təşkilatın rəhbəri kimi 2007-2012-ci illərdə direktoru olduğum MMC ilə bir neçə tikinti obyektlərinin icrası ilə bağlı müqaviləmiz olub. Əsaslı tikinti idarəsinin sifarişçiliyi ilə işlədiyim bu dövr ərzində bütün digər xərclərdən başqa Allahverdi Dəmirov ayrı-ayrı vaxtlarda məndən dövlət tədbirləri adı ilə 450 min manat pul alıb". 

Şikayətçi yazır ki, A.Dəmirovdan pulları geri almaq üçün çox çalışıb. Lakin ondan işlədiyi dövrdə yalnız vəd alıb:

“2011-ci ilə qədər, yəni Allahverdi Dəmirov işdən azad olunana qədər həmin pulların geri alınması üçün çox çalışdım. Amma bir nəticə əldə edə bilmədim. Belə ki, hər dəfə Allahverdi Dəmirovdan məndən müxtəlif adlarla aldığı pulların qaytarılmasını xahiş edəndə o, mənə başqa-başqa bəhanələrlə pulu qaytaracağına söz verirdi. O, vəzifəsindən getdikdən sonra mənim pullarımın qaytarılacağını onun yerinə vəzifəyə gəlmiş İsaxan Babayev öz üzərinə götürdü. 2012-ci ilin axırına qədər İsaxan Babayev məni müxtəlif bəhanələrlə aldadaraq pulu geri qaytarmadı. Əvəzində isə mənə dedi ki, mən pulu tək yeməmişəm, yuxarıların haqqını vermişəm”.

S.Əliyev yazır ki, A.Dəmirov onu sahibkar kimi müflis edib: “Təsisçi və direktoru olduğum müəssisənin dövlət büdcəsinə, yəni vergi orqanlarına 350 min manat, banka 150 min manat, ayrı-ayrı şirkətlərə və fiziki şəxslərə 127 min manat borcum yaranıb. Borclu olduğum pulların hamısı Allahverdi Dəmirov və İsaxan Babayev kimi məmurlardadır. Uzun müddətdir onlardan bu məsələnin həll olunmasını xahiş və tələb etməyimə baxmayaraq, heç bir nəticə əldə edə bilməmişəm”

S.Əliyev A.Dəmirov tərəfindən hədələrə məruz qaldığını da açıqlayıb: “Allahverdi Dəmirovun özü və yaxın adamları məni və ailəmi hədələməkdən çəkinmirlər. Evimə qədər gəlib çıxıblar və deyirlər ki, əgər harasa şikayət etsən, səni məhv edərik. Bütün bu olanlardan Təhsil Nazirliyinin əsaslı tikinti idarəsində işləyən işçilərin hamısının məlumatı vardır. Lazım olsa, onların arasından bu yazılanları təsdiq edəcək insanlar vardır.

Hörmətli cənab prezident, vəzifəsindən istifadə edərək mənim külli miqdarda pullarımı ələ keçirən Allahverdi Dəmirov və İsaxan Babayev barədə qanuni tədbir görülməsi və mənim ailəmi ölüm təhdidindən müdafiə etməyinizi xahiş edirəm". 

S.Əliyev məktubunda qeyd edir ki, üzləşdiyi dələduzluqla bağlı hüquq-mühafizə orqanlarına üz tutub və şikayəti üzrə cinayət işi başlanıb. Lakin cinayət işi üzrə hər hansı hərəkətlilik yoxdur: “Şikayətimlə bağlı Nərimanov Rayon Prokurorluğunda 15 aprel 2016-cı ildə №160066058-li cinayət işi açıldı. Ancaq naməlum səbəblərə görə cinayət işini gedişində heç bir yenilik yoxdur. Baş prokuror Zakir Qaralovdan xahiş edirəm, mənim şikayətimə düzgün, qərəzsiz baxılması üçün göstəriş versin”.

Şikayətçi məktubuna cinayət işinin başlanılması haqa qərarın surətini də əlavə edib. Həmin qərardan məlum olur ki, Nərimanov rayon prokuroru Vüqar Əliyev S.Əliyevin şikayəti üzrə toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda əmlakı mənimsəməklə dələduzluq) maddəsi ilə cinayət işi başlayıb. 

Cinayət işinin ibtidai istintaqının aparılması Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsinə həvalə olunub. Həmin vaxtdan 1 aydan artıq vaxt ötsə də,  bu günə qədər hər hansı bir tədbir görülməyib.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar