Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mənzillərin içinə beton dirəklər quraşdırılır – Bakıda 40 ailə qorxu içində


Noyabrın 17-də Bakının Suraxanı rayonu Zığ qəsəbəsində, 43 saylı binanın qarşısında sürüşmə nəticəsində uçqun baş verdi, bir nəfər torpaq altında qaldı. Məlum olub ki, sürüşmə zonasında yaşayanların həyatı hələ də təhlükədədir. Qəzalı evlərdə yaşayanların köçürülməsi gecikdirilir. Sakinlərin dövlət qurumlarına etdiyi şikayətlər cavabsız qalıb


Virtualaz.org-un əməkdaşları Zığdakı sürüşmə zonasında yaşayan sakinlərlə görüşüblər.

Qeyd edək ki, Dövlət Neft Şirkətinin balansında olan 43 saylı bina 2001-ci ildə istifadəyə verilib. Binada 90 mənzil var. Sürüşmənin qarşısını almaq üçün 2 il əvvəl binanın arxasında beton bəndlər tikilib. Amma çox keçməyib ki, həmin bəndlər əyilib, bəzi yerlərdə iki yerə bölünüb. Sürüşmədən sonra mənzillərin əksəriyyətinin tavanında, blok və zirzəmidə dərin çatlar yaranıb. Ötən il qəzalı vəziyyətdə olan 50 mənzil boşaldılıb, ailələr kirayə köçürülüblər. 40 ailə isə hələ də təhlükəli vəziyyətdə yaşayır.



3 blok söküləcək

50 ailənin köçürülməsindən sonra 3 blokun sökülməsi nəzərdə tutulub. 40 ailəyə isə evlərin təmir ediləcəyini, beton dirəklərlə sürüşmənin qarşısının alınacağı bildirilib. Binada hazırda təmir gedir, elə uçqun da təmir zamanı baş verib. Uçqundan sonra sakinlər qorxuya düşüblər.

“Bizə dedilər ki, 3 blok söküləcək, binada əsaslı təmir aparılacaq. Evlərə həm içəridən, həm də binanın çölündən beton dirəklər quraşdırılır. Amma nə qədər üzərini örtməyə çalışsalar da, çatlar dərinləşir. Hər gün binada əyilmə müşahidə edilir, təsəvvür edin, bir il ərzində 11 santimetrə qədər əyilmə qeydə alınıb”, - sakinlərdən biri deyir.



Aydın adlı sakin isə əlavə edir ki, hər gün torpağın altından uğultu eşidilir. Yağışlı havalarda səhərə kimi növbə çəkirlər: “Guya ki, təmirlə sürüşmənin qarşısını alacaqlar. Çatın üzərinə rəng çəkirlər, səhəri gün rəng qopub düşür. Bizim çəkdiyimiz zülmü Allah da götürməz. Özümüz heç, uşaqlara görə qorxuruq”.

Xilasedicilər də torpaq altında qaldılar

Sakinlər deyir ki, hadisə gündüz saatlarında baş verməsəydi, faciə ilə nəticələnəcəkdi. Sürüşmə getdiyindən fəhlə 3 metr dərinliyə düşüb, onu xilas etmək istəyən 2 xilasedici də torpaq altında qalıb. “Fəhləni xilas etmək istəyənlər də torpaq altında qaldılar, yenidən xilasedicilər çağırıldı. Hadisədən sonra iş dayanıb. Sadəcə olaraq, ərazinin ətrafına lent bağlayıb getdilər. Bu xəndəyə uşaq düşərsə, necə olacaq? Heç olmasa, ətrafına hasar çəksinlər”, - Aydın söyləyir.



Uçqunun baş verdiyi ərazidən şəkil çəkmək istəyirik. Yaxınlıqdakı mağazanın satıcısı deyir ki, torpaq çökür, ona görə də, ehtiyatlı olmaq lazımdır.

Bina sakinləri söyləyir ki, sürüşmənin olduğunu, çatların dərinləşib-dərinləşmədiyini öyrənmək üçün mütəxəssisə ehtiyac yoxdur. Evdə oturub çatın necə dərinləşdiyini izləyə bilirlər. Hər yağışdan sonra çatlar böyüyür, divar ovularaq tökülür. “Bu cür şəraitdə bina uçmayıbsa, deməli, Allahın uşaqlara yazığı gəlir”.

Kömək etmək istəyirsinizsə, şəkil çəkməyin

Zığda təkcə 43 saylı bina deyil, 100-dən çox fərdi yaşayış sahəsi qəzalı vəziyyətdədir. Köçürülən ailələrə ayda 250 manat kirayə haqqı ödənilir. Amma sakinlərə nə kompensasiya ödənilir, nə də evinin əvəzinə ev verilmir. Sakinlər nə vaxta qədər kirayələrdə yaşayacaqlarını öyrənə bilmirlər. “Adam nə qədər şikayət edər, 3-4 ildir qapılarda qalmışıq. Əksinə, şikayətlərlə problem həll olunmur. Ötən il Nazirlər Kabinetinin qarşısında dəfələrlə aksiya keçirdik, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun evinin qarşısında toplandıq. Bir neçə dəfə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının qəbulunda olduq, amma nəticəsi olmadı. Şikayət edənlərə yardım göstərilmədi, kirayə haqqı gecikdirildi. İndi hərə öz başının çarəsinə baxır. Daha hamıdan ümidimizi üzmüşük, bir Allahdan kömək gözləyirik”, -Hatəm Allahverdiyev küçəsinin sakini Əhməd Məmmədov deyir. Əlavə edir ki, köməklik etmək istəyən mətbuat nümayəndələri şikayətçilərin şəklini çəkib icra nümayəndələrinə tanıtmasınlar.



Sakinlərin şikayətlərindən sonra qəzalı evlərin siyahısına yenidən baxılıb, köçürülməli evlərin sayı azaldılıb. Belə ki, əvvəllər qəzalı kimi qeydiyyata alınan bir çox evin yaşayış üçün yararlı olduğuna dair rəy verilib. Kirayə köçənlərin çəkdiyi əziyyətlərdən sonra çoxları bu qərarla razılaşmalı olublar. Zəminə adlı sakin deyir ki, qəzalı da olsa, yaşadığı bir evi var. Evləri söküləndən sonra nə olacağını bilmədən kirayələrdə yaşamaqdan yaxşıdır. Kirayə haqqı bəzən gecikdirilir, çarəsiz durumda qalırlar. Zəminə kimi digər sakinlər də daha yerdəkilərdən ümidlərini kəsiblər, göydəkindən mədət umurlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar